İsmayıllının Xəlilli kəndində yeni uşaq bağçası istifadəyə verilib
Tarix: 03.09.2018 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, İsmayıllı rayonunun Xəlilli kəndində dövlət investisiya qoyuluşu hesabına 40 yerlik yeni uşaq bağçası istifadəyə verilib. “Aqrartikinti” ASC-nin İsmayıllı filialı tərəfindən tikilən bina məktəbəqədər tərbiyə müəssisəsi üçün zəruri olan bütün tələblərə cavab verir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənddə uşaq bağçasının təntənəli açılışı olub. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açılış mərasimində çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllıya səfərindən, sosial-iqtisadi, təhsil və mədəniyyət sahələrinin inkişafı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrdən danışıb, valideynləri, təhsil işçilərini, kənd sakinlərini uşaq bağçasının açılışı münasibətilə təbrik edib. Xəlilli kəndinin ağsaqqalı Vaqif Məmmədov, tam orta məktəbin direktoru Şakir Müseyibov və başqaları çıxış edərək, diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Açılış mərasimində uşaqlar Azərbaycana həsr olunan şeirlər söyləyiblər. Sonra yeni uşaq bağçasına baxış olub.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info