“Sosial şəbəkələrdən dini məlumatların alınması məqsədəuyğun deyil“
Tarix: 03.09.2018 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


"Bəzi ölkələr Azərbaycana qarşı öz məkrli fəaliyyətini bir an belə dayandırmırlar. Bəzi ölkələrdən məzhəbçiliyin, yad ideologiyaların, qeyri-ənənəvi dini cərəyanların Azərbaycana ixracı səylərinin olduğunu görürük". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini radikalizm" mövzusunda keçirilən konfransda çıxış edən zaman deyib.
S.Heydərov bildirib ki, Azərbaycanın sürətli inkişafını istəməyən bəzi qüvvələr təkcə siyasi deyil, dini müstəvidə də təsir etməyə çalışırlar. Buna görə də hazırda əsas məqsədlərdən biri gəncləri yad ideologiyaların təsirindən qorumaqdır:
"Bu səbəbdən komitə dini maarifləndirmə tədbirlərinin keçirilməsinə üstünlük verir. Ölkəmizə qarşı yönəlmiş bu təhdidləri nəzərə alaraq, vətəndaşlardan da ayıq olmağı, dini məlumatlar alan zaman olduqca diqqətli olmağı tövsiyə edirik. Xüsusilə sosial şəbəkələrdən dini məlumatların alınması məqsədəuyğun deyil. Vətəndaşlara yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazə verdiyi dini kitablardan istifadə etməyi tövsiyə edərdik. Çox xoşdur ki, bu gün dindarlar da dövlətimizin demokratik dəyərlərini yüksək dəyərləndirir və dövlətə öz dəstəklərini verirlər".
Komitənin sədr müavini əlavə edib ki, dini radikalizmlə mübarizədə hər bir vətəndaş öz səylərini ortaya qoymalıdır: "Heç kəs bir günə dini radikal olmur. Bu, zaman-zaman olur və hər birimizin gözü qarşısında baş verir. Ona görə də hər birimiz ayıq olmalıyıq".
Digər məsələlərə də toxunan komitə rəsmisi bildirib ki, Məhərrəm ayı, o cümlədən Aşura mərasiminin keçirilməsi dərs dövrünə təsadüf edir və Aşura günü şagirdlər dərsdə olmalıdırlar: “Biz uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət etməliyik və onlar dərsdən yayınmamalıdırlar". Onun sözlərinə görə, həmin dövrdə uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaqlar.
S.Heydərov qarşıdan gələn Məhərrəm ayında dini mərasimlərin sivil formada qeyd olunacağına ümid etdiyini bildirib:
"Məhərrəm ayı son illər ərzində adət formasında keçirilir, bu il də belə keçiriləcək. Son illərdə Məhərrəm ayı ilə bağlı yaxşı tendensiya müşahidə edirik. Aşura mərasimi qanunlara hörmət edilərək, daha sivil formada keçirilir. Baş yarmaq və digər hərəkətlər demək olar ki, yox dərəcəsindədir. Bu da maarifləndirmə işlərinin nəticəsidir".

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info