ADPU- da əlavə təhsil üzrə sənəd qəbulu davam edir
Tarix: 03.09.2018 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) əlavə təhsil üzrə - təkrar ali təhsil və yenidənhazırlanma təhsili üzrə sənəd qəbulu davam edir. ADPU-dan bildirilib ki, 2018-2019-cu tədris ili üçün təkrar ali təhsil üzrə müxtəlif ixtisaslara sənəd verənlərin sayı 87, yenidənhazırlanma təhsili üzrə isə 238 nəfərdir. Hazırda qəbul olunmuş sənədlərin təhlili və tədrisə hazırlıq prosesi gedir.
Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılacaq. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə müraciət etdiyi ixtisas üzrə tələbələr sırasına qəbul ediləcəklər. Həmin şəxslərlə universitetdə tələbələrlə işin məzmunu, tədrisin təşkili, daxili qaydalar və sair məsələlərlə bağlı ilkin təqdimat aparılacaq, qəbul olunmuş şəxslərin sualları cavablandırılacaq. Dərslər sentyabrın 15-də başlanacaq.
Yenidənhazırlanma təhsili ödənişli formada idarə, müəssisə, təşkilat və ayrı-ayrı vətəndaşlarla ADPU arasında bağlanan fərdi müqavilələr əsasında həyata keçiriləcək. Bu təhsil iki semestri əhatə etməklə müvafiq ixtisas üzrə bakalavr və xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılacaq. Birinci semestrdə əsasən nəzəri və metodoloji dərslər tədris olunacaq, ikinci semestrdə isə tələbələr metodistlərin rəhbərliyi ilə pedaqoji təcrübə keçəcəklər.
Qeyd edək ki, sənədlər sentyabrın 20-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək ADPU-nun Koroğlu Rəhimov küçəsi, 108 ünvanındakı ikinci tədris binasında qəbul olunur.
Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd verəcək şəxslərlə müsahibə aparılacaq. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul ediləcəklər. Dərslər oktyabrın 1-də başlanacaq.
Universitetə qəbul olunmuş və Bakı şəhərində qeydiyyatı olmayan şəxslər yataqxanada qalmaq üçün müraciət edə bilərlər. Yerlərin məhdudluğu nəzərə alınaraq müraciət etmiş şəxslərdən daha çox ehtiyacı olanlara üstünlük veriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info