İyunun 30-dan çağırışçılar hərbi hissəni internet vasitəsilə öyrənəcəklər
Tarix: 25.06.2013 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabunçu rayon filialının inzibati binasının yenidənqurmadan sonra açılışı olub. Açılış mərasiminə qatılan SHÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov binada yaradılan şəraitlə tanış olub.
Çağırışçıların müxtəlif ixtisaslar üzrə hazırlanması şəraitinin yaxşılaşdırılması üçün öz tövsiyələrini verib. Cəmiyyətin sədri Şahvələd Əliyev bildirib ki, ikimərtəbəli tədris filialı yenidən qurulub. Sinif və yardımçı otaqlar, atıcılıq tiri, zallar tam yenilənib. Filialda təhsil alacaq müdavimlərin daha mükəmməl hazırlığı məqsədi ilə bütün sinif otaqları əyani vəsaitlərlə təchiz edilib. sürmə təlimi üçün Rusiyadan iki ədəd təlim trenajoru alınıb, yeni laboratoriya, kompyuter və trenajor sinifləri yaradılıb. Məktəbin yenidənqurmadan sonra açılışını ordu quruculuğu istiqamətində növbəti addım adlandıran A.Rəhimov isə hazırda digər filialların və məktəblərin təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını vurğulayıb. Arzu Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, hərbi xidmətə çağırış sistemində informasiya texnologiyalarının tətbiqi və vahid informasiya sisteminin yaradılması istiqamətində işlər aparılır. Xidmət rəisinin sözlərinə görə, iyunun 30-dan başlayaraq Azərbaycanda ilk dəfə olaraq hərbi xidmətə çağırılan gənclər SHÇDX-nin internet saytına (“www.seferberlik.gov.az”) özləri haqqında məlumatları daxil etməklə, təyin olunduqları hərbi hissələri öyrənə biləcəklər. Eyni zamanda Xidmətin yerli şöbələri də çağırışçılara bu məlumatları çatdıracaqlar. A.Rəhimov bildirib ki, SHÇDX yarandıqdan sonra hərbi xidmətə çağırışda şəffaflıq təmin edilib: «İndi hərbi xidmətə çağırış yalnız gənclərin adları və soyadları ilə aparılmır. Bölgülər kompyuterləşmiş sistem üzrə ordu sıralarına göndərilir». Xidmət rəisi bildirib ki, bu gün hərbi xidmətə çağırılan vətəndaşların sağlamlığı ən öndə duran məsələdir və buna diqqət yetirilir. Çağırışdan əvvəl həkim komissiyalarının siyahıları təsdiq olunur. Çağırışçıların sağlamlığı ilə bağlı heç bir şikayəti olmadıqda, mütləq qaydada rentgen-flüoqrafiya olunmaq şərti ilə xidmət üçün ordu sıralarına cəlb olunur. Əgər şəxs sağlamlığı ilə bağlı hər hansı problemi olduğunu bildirirsə, bu zaman o, mütəxəssisin yanına göndərilir. Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş tibb müəssisələrində onlar təkrar yoxlamadan keçirlər. Onların səhhəti ilə bağlı hər hansı dəqiq olmayan, şübhəli nə isə olarsa, bu zaman o, hərbi həkim komissiyasına göndərilir. Xidmət rəisi deyib ki, bu gün xəstə şəxslərin orduya çağırılmasına göz yumulmasına dair heç bir fakt yoxdur: «Çünki hər bir həkim məsuliyyət daşıyır. Hər bir həkim verdiyi rəyə əsasən sənədə imza atır. O sənədlər də saxlanılır. Sonradan baş vermiş hər bir hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır, cinayət işi açılır. İndi deyirsiniz ki, həkimlər verdikləri rəyə imza atanda bunu fikirləşmirlər? Bunların hamısı arada olan söhbətlərdir».
Anar




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
03.12.2020
Laçın rayonunun Hüsülü və Malıbəy kəndləri - VİDEO
03.12.2020
Laçın şəhərinin görüntüləri – VİDEO
02.12.2020
“Səndən mənə qardaş olmaz, sən ermənisən”... – VİDEO
02.12.2020
Laçının Qarıqışlaq kəndindən VİDEOgörüntü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info