Tələbələrin elmi-tədqiqat işləri qiymətləndirilir
Tarix: 25.06.2013 | Saat: 22:00:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilən tələbə elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş elmi konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan rektor, biologiya elmləri doktoru Saleh Məhərrəmov universitetin 1968-ci ildən fəaliyyətə başlayan Tələbə Elmi Cəmiyyətinin ali təhsil tarixində, bugünkü tanınmış elm xadimləri və pedaqoqların alim-ziyalı kimi yetişməsində özünəməxsus rola malik olduğunu vurğuladı. Qeyd olundu ki, burada iştirak edən tələbələr bilik və dünyagörüşü, natiqlik qabiliyyəti, elmi auditoriyalara alışqanlıq qazanır, magistratura pilləsində təhsil ala biləcək real namizədlərə çevrilirlər. Rektor Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilən builki elmi-tədqiqat işlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müasir elmi kontekstdən araşdırılması baxımından da əhəmiyyət kəsb etdiyini bildirdi, tələbələrə uğurlar arzuladı. Elmi işlər üzrə prorektor, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev, beynəlxalq əlaqələr üzrə prorektor, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək universitetin Tələbə Elmi Cəmiyyətinin son nailiyyətlərindən danışdılar. Qeyd olundu ki, tələbələrin elmi-tədqiqat işləri müvafiq olaraq I, II və III yerlərə layiq görülüb, qiymətləndirmə zamanı obyektivlik və şəffaflıq gözlənilib. Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri, hüquqşünas ixtisası üzrə II kurs tələbəsi, Prezident təqaüdçüsü Ramazan Abdullayevin “2012-2013-cü tədris ilində TEC xətti ilə yerinə yetirilmiş elmi tədqiqat işlərinə dair hesabatı” dinlənildi. Ramazan Abdullayev TEC-in bugünkü inkişafını müxtəlif illərə məxsus göstəricilərin statistik müqayisəsi yolu ilə konfrans iştirakçılarının nəzərinə çatdırdı. Konfransda TEC xətti ilə yerinə yetirilən, elmi yeniliyi ilə xüsusi fərqlənən tədqiqat işlərindən bəziləri auditoriyaya təqdim olundu. Fizika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Həcər Şükürova dosent Kamal Camalovun rəhbərliyi ilə “Heydər Əliyevin təhsil siyasəti”, fizika müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Elgün Tağıyev dosent Fərman Qocayevin elmi rəhbərliyi ilə “Alternativ və bərpa oluna bilən enerji mənbələri”, biologiya ixtisası üzrə III kurs tələbəsi Ayşə Tarverdiyeva biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımovun elmi rəhbərliyi ilə “Tumlu meyvə bitkilərinin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, mühasibat uçotu və audit ixtisası üzrə II kurs tələbəsi Zeynəb Hüseynova iqtisad elmləri doktoru Teymur Abbasovun elmi rəhbərliyi ilə “Əsas vəsaitlərin uçotunun təkmilləşdirilməsi istiqamətləri” mövzularında hazırladıqları elmi-tədqiqat işləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı. Sonda yer tutan tələbələrə diplomlar təqdim olundu.
Mina Qasımova




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info