300-dən çox qadın “Uğurlu qadın, uğurlu gələcək” layihəsində iştirak edib
Tarix: 03.09.2018 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


“Coca-Cola” Fondu, “ASAN könüllüləri” və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Azərbaycan bölgələrində qadınların turizm sahəsində təşəbbüslərinə dəstək olmaq üçün həyata keçirdikləri “Uğurlu qadın, uğurlu gələcək” layihəsi başa çatıb.
Layihənin məqsədi – bölgələrdə yaşayan qadınları turizm təlimlərinə cəlb etmək, onları turizm biznesinə həvəsləndirmək, turizm sahəsində dövlət siyasətinə və bu sektorda biznes təşəbbüslərinə dəstək olmaqdır.
“Coca-Cola” Fondunun dəstəklədiyi və “ASAN könüllüləri” təşkilatının həyata keçirdiyi layihə Azərbaycanda turizm potensialı ilə tanınan Qəbələ, Gəncə və Masallı şəhərləri və ətraf bölgələri əhatə edib. Hər təlimdə 120-dən artıq qadın iştirak edib. Təlimlər turizmin əsasları, turizm idarəçiliyi, müştəri xidməti, turizm və gigiyena kimi bir sıra önəmli mövzunu əhatə edib.

Layihənin təlimçiləri türkiyəli mütəxəssislər İşıl Keskin Şahan, Soner Şahan və Azərbaycan Turizm və Menecment Universitetinin müəllim heyəti olub.

“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev proqrama Azərbaycanda qadınların böyük maraq göstərdiyini və layihənin həm qadınların, həm də turizmin inkişafına dəstək olduğunu bildirib: «“Coca-Cola” şirkəti fəaliyyət göstərdiyi 200-dən çox ölkədə sosial inkişafa dəstək olur. “Coca-Cola”nın bu istiqamətdə əsas prioritetlərindən biri də qadınların inkişafıdır. Bu məqsədlə həyata keçirdiyimiz “Uğurlu qadın, uğurlu gələcək” layihəsində istəyimiz qadınları turizm sahəsində sahibkarlıq fəaliyyətinə həvəsləndirməkdir. Biz çox sevinirik ki, bu layihəni tərəfdaşlarımızla birgə uğurla başa vurduq”.

Ümumi təlimlərdə iştirak edən qadınların sayı 360-dan artıq olub. Təlimləri uğurla başa vuran qadınlar ATMU tərəfindən təsdiq olunmuş rəsmi sertifikat ilə təltif olunublar.

Layihənin icraçı partnyoru “ASAN könüllüləri” təşkilatının baş katibi Sahil Məmmədli təşkil olunan təlimlərin interaktiv formada keçdiyini və hər bir təlimdə iştirakçıların aktivlikləri ilə seçildiyini qeyd edib: “Qadınların məşğulluq məsələlərinin həlli istiqamətində olan “Uğurlu qadın, uğurlu gələcək” layihəsinin həyata keçirilməsi “ASAN könüllüləri” üçün önəmlidir. Qəbələ, Gəncə və Masallıda yerləşən “ASAN xidmət” mərkəzlərində təşkil edilən hər biri bir həftə boyunca davam edən bu ödənişsiz təlimlərdə qadınların böyük həvəslə iştirakını gördük. Layihə, əsasən, təlim məzmunludur və təlimlərdə yüzlərlə qadın iştirak etdi. Ümid edirik ki, təlimləri uğurla bitirən qadınlar, nəticədə, turizm sahəsində müəyyən işlər görməyə başlayacaq, bəziləri, ola bilsin ki, bu sahədə iş əldə edəcək, bəziləri isə xidmətlər təklif etməyə başlayacaqlar”.

Türkiyəli təlimçi İşıl Keskin Şahan isə layihənin qadınların iqtisadi asılılıq olmadan öz bacarıqları ilə biznesə başlamalarına yardımçı olduğunu bildirib: “Azərbaycanda yaşayan və turizm biznesinə marağı olan qadınların layihəyə marağı və bacarıqları məni çox qürurlandırdı. Təlimlərdə iştirak edən hər bir qadına öz minnətdarlığımı bildirirəm. Onların məmnunluğunu həm təlim prosesində, həm də təlimlərdən sonra sosial şəbəkələrdəki paylaşımlarından müşahidə edə bildik. Qadınlar bu addımla öz həyatlarında dönüş yarada, iqtisadi azadlıq qazana biləcəklər. Təklif etdikləri biznes ideyalarının hər biri deyə bilərik ki, unikaldır və potensiallıdır. İştirakçıların hər biri fərdi inkişafa önəm verən, bunun üçün çalışan qadınlardır. Azərbaycanın nəinki paytaxtında, hətta bölgələrində də qadınların aktivliyi və yeniliklərə açıq olmaları təqdirəlayiqdir”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info