“Rusiya Suriyaya qarşı hərbi əməliyyatlara imkan verməyəcək”
Tarix: 25.06.2013 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


“Rusiya dünya miqyaslı məsələlərin həll olunduğu böyük siyasət meydanında hələ də həlledici oyunçulardan biridir”

ABŞ-ın "Foreign Policy" nəşrində Rusiya-ABŞ münasibətləri ilə bağlı maraqlı məqalə çap edilib. Müəllif Con Arkilla bu münasibətləri İran, Suriya və ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Snoudenin ətrafında cərəyan edən hadisələr fonunda şərh edib.
Həmin məqalədə qeyd edilir ki, 20-ci əsrdə Rusiya dəfələrlə kataklizmlərlə üzləşib, Rusiya imperiyası və SSRİ dağılıb, faşistlər üzərində qələbə qazanılsa belə, bu ruslara ciddi insan və iqtisadi itki bahasına başa gəlib. Kollektiv təsərrüfatların yaradılması milyonlarla kəndlinin aclıqdan ölməsinə səbəb olub. Amma bütün bunlara rəğmən, Rusiya dünya miqyaslı məsələlərin həll olunduğu böyük siyasət meydanında hələ də həlledici oyunçulardan biridir. Müəllif daha sonra yazır: «Mit Romni ötən payız Rusiyanı bir nömrəli geosiyasi düşmən adlandıranda hamı onu tənqid edirdi. Rusiya bu gün də böyük təbii ehtiyatlara, əhəmiyyətli dərəcədə böyük hərbi potensiala, o cümlədən ABŞ-la təxminən bərabər sayda nüvə silahlarına malikdir. Bu faktlar daxili gücü göstərən əsas geosiyasi göstəricilərdir. Romni bildirmişdi ki, Rusiya liderləri onların maraqlarının bir çox halda Amerika maraqları ilə üst-üstə düşməməsi ilə bağlı dəfələrlə fikirlər səsləndiriblər. İki dövlət arasındakı münasibətlərdəki gərginliklər Moskvanın Snoudenə sığınacaq verməsi, İran və Suriya ilə bağlı məsələlərdə daha aşkar şəkildə özünü göstərir. Rusiya Əsəd rejimini dəstəkləyərək, onları silahla təmin edir və BMT-nin Suriyaya qarşı istənilən formada hərbi müdaxilə cəhdinin qarşısını alır. Starteji baxımdan Suriya məsələsi Rusiyaya real dividendlər qazandırır. Rusiya ilk olaraq özünün küncə sıxılmasına imkan vermək istəmir. Bunun üçün Liviyada yaşananların təkrarlanmaması lazımdır. Deməli, Suriyaya qarşı hərbi əməliyyatlara imkan verilməyəcək. Digər tərəfdən Rusiya Aralıq dənizindəki Tartus limanını da əldən vermək fikrində deyil. Strateji anlamda Rusiya üçün Suriya dünyanın vacib regionunda son istinadgahdır. Bu anlamda Rusiya heç bir halda üsyançıların Suriyada qalib gəlməsinə imkan verməyəcək və nüvə məsələsində İrana dəstəyini davam etdirəcək. Tehranın Bağdaddakı şiə hökuməti üzərindəki təsiri bu məsələdə bir növ körpü rolu oynayır. Moskva müsəlman dünyasındakı dini parçalanmalardan istifadə etməyi məharətlə bacarır. Bu baxımdan Moskva Suriyanın xristian əhalisinin çağırışına dərhal reaksiya verə bilər. Suriya Rusiyanın gücünü qiymətləndirmək, strategiyasını anlamaq üçün yaxşı məkandır. Rusiya bu gün də dağıdıcı gücə malik hərbi potensiala sahib olan, BMT-də siyasi çəkisi olan dövlətdir. Moskvanın Yaxın Şərqdə güclü mövqeləri var. Moskvanın Obamanın nüvə silahlarını azaltmaqla bağlı bəyanatına münasibəti Rusiyanın dünya siyasətindəki mövqeyinin göstəricisidir. Mit Romninin ABŞ-da keçirilən prezident seçkiləri vaxtı Rusiya ilə bağlı səsləndirdiyi tənqidlər bu gün öz təsdiqini tapır. Buradan üç məntiqi nəticə çıxır. Birincisi, Rusiyaya Suriyada qələbə qazanmağa imkan vermək lazım deyil. Buna Əsəd əleyhidarlarına dəstəyi genişləndirməklə və ya Əsədsiz Suriyanın demokratik inkişaf yoluna çıxmasını təmin edəcək sülh prosesini aktivləşdirməklə nail olmaq olar. Bu variantlar reallaşarsa Rusiyanın təsiri zəifləyəcək. İkincisi, regionun strateji cəhətdən vacib ölkəsi İraqdır. Ölkəni idarə edən və Tehranla dostluq edən şiə rejiminə qarşı olan sünniləri dəstəkləmək lazımdır. Elə «Əl-Qaida»nın mövqeyi də belədir. ABŞ Əsədin hakimiyyətdən devrilməsini istəyir, «Əl-Qaida»nın məqsədlərindən biri də elə budur. Rusiyanın strateji məqsədlərini pozmaq üçün İraq sünnilərinin dəstəklənməsi lazımdır. İrana gəldikdə isə, Birləşmiş Ştatlar bu ölkədəki rejimin dəyişdirilməyəcəyinə təminat verməli, əvəzində Tehran nüvə silahı proqramından vaz keçməli, ən azı onu təxirə salmalıdır. Belə qərar 50 il əvvəl Karib böhranının həlli zamanı Kennedi, Kastro və Xruşşov arasındakı sövdələşməyə bənzəyir. Həmin vaxt, elə 1980-ci illərin sonuna kimi bəlli idi ki, bütün regional problemlər Vaşinqtonla Moskva arasındakı rəqabətlə bağlıdır. Bu gün bütün sosial-iqtisadi hadisələri qloballaşma ilə əlaqələndirirlər. Mit Romninin məlum çıxışı bir daha xatırlatdı ki, onilliklər keçməsinə, soyuq müharibənin başa çatmasına baxmayaraq, geosiyasi güclər hələ də böyük əhəmiyyət kəsb edirlər».
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info