“Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün möhkəm əsaslar yaratdı“
Tarix: 04.09.2018 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Rusiyanın tanınmış politoloqu Qriqori Trofimçuk Rusiya və Azərbaycan prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü əlamətdar hesab edir. Ekspert AZƏRTAC-a müsahibəsində deyib: “Bir çox ekspertlər iki prezident arasında keçirilmiş görüşü onilliyin ən mühüm görüşü hesab edirlər. Bir çox cəhətdən bu fikirlə razıyam. Lakin mən onu daha dəqiq olaraq belə adlandırardım: əlamətdar görüş. Sadəcə o səbəbdən ki, Rusiya və Azərbaycan arasında yüksək səviyyəli danışıqlar Ermənistanın anlaşılmaz davranışının artması fonunda keçdi". Onun sözlərinə görə, heç də sonuncu dərəcəli olmayan həmin səbəbdən İlham Əliyevin səfərinə məhz bu cür məna verilib. "Xüsusən ona görə ki, razılaşmaların olduqca mühüm bəndlərindən biri, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu ölkənin Rusiyadan getdikcə daha çox hərbi təyinatlı məhsullar almasıdır. Artıq bu məhsulların dəyəri 5 milyard dolları ötür. Bu, bariz nümunədir" - deyə Q.Trofimçuk qeyd edib. O vurğulayıb ki, Azərbaycan özünü regionda Moskvanın daha etibarlı tərəfdaşı olduğunu göstərir ki, bu da artıq özlüyündə siyasi kapitaldır. Bu mənada onu tez-tez strateji tərəfdaş adlandırırlar, hərçənd ki, Azərbaycan Ermənistan kimi nə Avrasiya İqtisadi Birliyinə, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmayıb. Danışıqların yekunu üzrə imzalanmış böyük sənədlər paketi, rusiyalı ekspertin fikrincə, müstəqil məna kəsb edir və regionda vəziyyəti gərginləşdirmək meylindən uzaqdır. "Rusiya Prezidenti, öz növbəsində, "Şimal-Cənub" nəqliyyat marşrutunun vacibliyini qeyd edib ki, bu, bütünlükdə regional təhlükəsizliyi möhkəmlətməyə imkan yaradır. Beləliklə, iki prezidentin görüşü Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün möhkəm əsaslar yaratdı" - deyə rusiyalı politoloq Qriqori Trofimçuk bildirib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info