Yaponiya Kuril adalarında keçirilən xatirə tədbirlərinə görə Rusiyaya etirazını bildirib
Tarix: 04.09.2018 | Saat: 13:08:00 | E-mail | Çapa göndər



Yaponiya hökuməti Kuril silsiləsinin cənubunda yerləşən adalarda II Dünya müharibəsinin başa çatması ilə əlaqədar keçirilən xatirə tədbirlərinə görə Rusiya tərəfinə etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa sentyabrın 4-də Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı məlumat verib.
“Rusiyanın dörd şimal adasında hərbi iştirakını artırması Yaponiyanın mövqeyi ilə üst-üstə düşmür. Müxtəlif vasitələrdən istifadə edərək buna etirazımızı bildiririk. Sentyabrın 3-də Yaponiyanın Moskvadakı səfirliyinin diplomatik kanalları vasitəsilə etirazımızı bildirmişik və qeyd etmişik ki, bu, yolverilməzdir”, - deyə Y.Suqa jurnalistin Kuril adalarında keçirilən tədbirlərlə əlaqədar Tokionun mövqeyi barədə sualını cavablandırarkən bildirib.
XX əsrin ortalarından başlayaraq Yaponiya və Rusiya İkinci Dünya müharibəsinin yekunları ilə əlaqədar sülh müqaviləsini imzalamaq üçün fasilələrlə məsləhətləşmələr aparırlar. Müqavilənin imzalanmasına əsas maneə Kuril adalarının cənubunda yerləşən adaların hansı ölkəyə məxsusluğu məsələsidir. İturup, Kunaşir, Şikotan və Yaponiyanın Habomai adlandırdığı Kiçik Kuril silsiləsinə daxil olan bir sıra adalar müharibənin yekunu olaraq SSRİ-nin tərkibinə daxil edilib. Lakin Tokio bu adaların Yaponiyaya məxsus olduğunu iddia edir. Rusiya tərəfi isə bildirir ki, beynəlxalq hüquqa əsasən rəsmi Moskvanın bu adalar üzərində suverenliyi heç bir şübhə doğurmur.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info