Bakıda BMT-nin Yay məktəbinin rəsmi açılışı keçirilib
Tarix: 04.09.2018 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə icra etdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində Binəqədi Gənclər Evi sosial xidmət müəssəsində gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Yay məktəbi keçirilir.
Bu gün Yay məktəbinin rəsmi açılış mərasimi baş tutub. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan gəncliyinin inkişafında BMT İP-in rolunu vurğulayıb.
İ.Babayev 2018-ci ilin may ayından etibarən daha iki il müddətinə davam etdirilməsinə qərar verilən “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsinin əsas istiqamətlərinin Azərbaycan gəncliyinin inkişaf imkanlarının genişləndirilməsi üçün zəruri sahələri əhatə etdiyini qeyd edib.
Layihə çərçivəsində seçiləcək və elanı verilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə gənc səfirlər təşəbbüsünün əhəmiyyətindən bəhs edən nazir müavini, bu təşəbbüsün DİM-lərə nail olma istiqamətində gənclərin yaxından iştirakının təmin edilməsi üçün ən nümunəvi addımlardan biri olduğunu bildirib.
Yay məktəbinin açılış mərasimində iştirak edən BMT İP-in Azərbaycan ofisinin rezident nümayəndəsinin müavini Alessandro Frakasetti öz növbəsində BMT İP ilə Gənclər və İdman Nazirliyinin bu günə qədər icra etdiyi layihələrdə əldə olunan nəticələrdən söz açaraq, proqramın ölkə gənclərinin qlobal çağırışlara dayanıqlığınının möhkəmləndirilməsi və milli inkişaf gündəliyində yer alan məsələlərin reallaşdırılmasında onların bacarıqlarından səmərəli istifadə istiqamətində dövlət gənclər siyasətini yaxından dəstəklədiyini qeyd edib.
Üç gün müddətində davam edəcək Yay məktəbinin birinci günündə Azərbaycanın BMT modeli şəbəkəsinin və müxtəlif gənclər təşkilatlarının aktiv nümayəndələri layihə rəhbəri Məzahir Əfəndiyev tərəfindən keçiriləcək 17 DİM-lər haqqında təlimdə iştirak edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.04.2020
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
10.04.2020
Kənd təsərrüfatı məhsullarının Bakıya arayış əsasında da gətirilməsinə icazə verilir
10.04.2020
Azərbaycanda indiyədək 991 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib, 159 nəfər sağalıb
10.04.2020
İTV “Səs Uşaqlar“ın final mərhələsinin vaxtını dəyişdirdi
10.04.2020
Bakıda karantin rejimində gündəlik sərnişindaşımanın statistikası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11500

1 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
2 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
3 GMO-nun zərərləri
4 Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
5 Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info