“Aşura Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçiriləcək”
Tarix: 04.09.2018 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Sabunçu və Binəqədi rayonlarında “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Sentyabrın 3-də Bakı şəhərinin Sabunçu və Binəqədi rayonlarında həmin
rayonların İcra Hakimiyyətlərinin və Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini mərasimlər:
ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə millət vəkilləri, rayonlarda fəaliyyət göstərən dini
icmaların sədrləri, dini komissiyaların üzvləri, imamlar, kənd və
qəsəbələrin icra nümayəndələri, bələdiyyə sədrləri, Rayon Ağsaqqallar
Şurasının üzvləri iştirak ediblər.
Sabunçu rayonunda tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti
başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir
müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov rayonda mövcud
dini durum haqqında məlumat verib. Ə.Teymurov DQİDK ilə birgə həyata
keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq,
dövlət başçısının dini konfessiyalara daim yüksək diqqət və qayğı
göstərdiyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış
edərək Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, qabaqlayıcı
tədbirlər, Qafqaz Müsəlmanları İdarəsi, yerli icra strukturları və digər
qurumlarla birgə səmərəli fəaliyyət barədə danışıb. Qeyd edib ki,
Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi
milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda tarixən
İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub, təriqət
baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif
təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər,
bir-birinə hörmətlə yanaşırlar. Eyni zamanda qarşıdan gələn Məhərrəm ayı
və Aşura tədbirləri haqqında danışan Mübariz Qurbanlı bildirib ki,
mərasimlər məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına
uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət
olunmaqla keçiriləcək. Bu və ya digər ayinlər həyata keçirilərkən qanuna
əməl edilməlidir. Azərbaycan müsəlman dünyasının nümunəvi ölkəsidir. Bu
mərasimlərdə xurafata heç bir halda yol vermək olmaz”.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Nardaran
qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri Musa
Qasımov, “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov dövlət
başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi
dəyərlərimizin qorunması ilə bağlı davamlı dəstək göstərməsini, dini
ibadət yerlərinin təmiri və yenilərinin tikilməsini dövlətin dinə
qayğısı kimi qiymətləndiriblər. Çıxış edənlər ölkədə dini maarifləndirmə
işinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, belə tədbirlərin
təkcə dövlət-din münasibətlərinin inkişafına, dindarların
maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə
etimadının daha da artmasına xidmət etdiyini vurğulayıblar.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, dindarları narahat edən
suallar cavablandırılıb.

***

Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən tədbiri giriş sözü ilə açan
RİH-in başçısı Elxan Allahverdiyev respublikamızda mövcud olan
dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq
sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edib. Qeyd edib ki,
Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün
möhtərəm Prezident cənab İlham Əliyevin davam və inkişaf etdirdiyi
dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə
gündəlik həyat tərzinə, milli-mənəvi dəyərlərimizin tərkib hissəsinə
çevrilmiş tolerantlıq və multikultural dəyərlər bütün dünyada ən müasir
və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış
edərək dövlət-din münasibətlərinin dünyadakı modelləri, sovet dövründə
İslam dininə yanaşma, müstəqilliyin bərpasından sonra Azərbaycan
xalqının milli-mənəvi dəyərlərə qayıdışı prosesi, bəzi dairələrin İslam
dininin ideoloji cəhətdən zəiflədilməsinə yönəlmiş fəaliyyətinə toxunub.
Qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması, eləcə də tolerantlıq
anlayışı, multikultural ənənələrin təbliği və təşviqi Dövlət Komitəsinin
dini maarifləndirmə istiqamətində gördüyü işlərin əsas istiqamətlərini
təşkil edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş
məqsədyönlü və uzaqgörən siyasi kursun bu gün də Prezident cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsinin sayəsində respublikamızda
bütün dini konfessiyaların azad fəaliyyətinə tam şərait yaradılıb ki, bu
da Azərbaycanı tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri
sırasına yüksəldir.
Mübariz Qurbanlı çıxışında dini radikalizmə və dini xurafata qarşı
mübarizənin əhəmiyyətini və aktuallığını diqqətə çatdırıb və vurğulayıb
ki, bütün problemlərin həlli dini mükəmməl şəkildə öyrənməkdir. Bu il də
Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar
Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil
edilməsi planlaşdırılıb: “Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər
yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana
çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz
Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir”.
Milli Məclisin deputatı Madər Musayev, Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının müavini Aygün Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin
Binəqədi rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahbala Əliməmmədov, rayon
dindarları çıxışlarında xalqımızın mənəvi dünyasını zənginləşdirən,
tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən
milli-mənəvi dəyərləri qoruyub saxlamağın əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, milli dəyərlərimizin qorunması və inkişafı Ulu Öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Heydər Əliyevin yaratdığı
müasir Azərbaycan onun siyasi kursunun layiqli davamçısı Prezident cənab
İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır.
Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub və dindarlar
hər zaman dövlətin maddi-mənəvi dəstəyini hiss edirlər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info