Bakı-Moskva reysi 100 manat
Tarix: 04.09.2018 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) beynəlxalq istiqamətlərə mütəmadi fəaliyyət göstərən reysləri barədə məlumat verib.
Avtovağzaldan bildirilib ki, Bakı-Yessentuki-Kislovodsk reysi həftənin cümə axşamları həyata keçirir və biletin bir istiqamətə qiyməti 70 manat təşkil edir. Bakı-Moskva və Bakı-Nijniy Novqorod reysi həftənin çərşənbə və şənbə günləri, biletin bir istiqamətə qiyməti müvafiq olaraq 100 manat və 110 manat, Bakı-Kazan reysi həftənin çərşənbə axşamı və cümə günləri baş tutur və biletin bir istiqamətə qiyməti 100 manatdır. Həmçinin Bakı-Samara reysi həftənin cümə günü, biletin bir istiqamətə qiyməti 90 manat, Bakı- Tolyatti reysi həftənin cümə axşamı və bazar günləri, biletin bir istiqamətə qiyməti 90 manat, Bakı- Krosnadar reysi həftənin çərşənbə axşamı, cümə və bazar günləri, biletin bir istiqamətə qiyməti 83 manat, Bakı- Stavropol reysi hər 4 gündən bir, biletin bir istiqamətə qiyməti 47 manat olaraq fəaliyyət göstərir.
BBAK sərnişinlərdən xahiş edir ki, biletləri mütləq şəkildə onlayn qaydada (bbak.az saytından) və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından əldə etsinlər. Avtovağzaldan hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır.
Xatırladaq ki, 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq, 5 yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək olar. Ətraflı məlumat əldə etmək üçün (012) 406 01 58, (012) 406 01 59 telefon nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info