Gəncədə sakinlərin problemləri dinlənilib
Tarix: 04.09.2018 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində yerləşən doqquzmərtəbəli binanın və ətraf ərazilərin sakinləri ilə görüşüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Niyazi Bayramov görüşün Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirildiyini deyib. Bildirilib ki, görüşün keçirilməsində məqsəd sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını birgə tapmaqdır. “Açıq mikrafon” şəraitində keçən görüşdə vətəndaşlar problemlərini söyləyib, müxtəlif təkliflərlə çıxış ediblər.
Səslənən müraciətlər arasında işlə təminat, Qarabağ müharibəsi iştirakçıları və Çernobıl əlillərinə sanatoriyalara göndərişlərin verilməsi, adı çəkilən ərazidə bankomatların quraşdırılması, təbii qazın verilişində yaranan vaxtaşırı fasilələr, torpaq sahələrinin verilməsi üçün sakinlərin növbəyə götürülməsi və digər məsələlər öz əksini tapıb.
Ümumilikdə, 40-dan çox şikayət və təklif dinlənilib. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info