Xalq Cümhuriyyətinin yubileyi münasibətilə Buenos Ayresdə konsert təşkil edilib
Tarix: 04.09.2018 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın Argentinadakı Səfirliyinin dəstəyi ilə Buenos Ayres şəhərində italyan arxitekturasının əzəmətli nümunələrindən biri və əsas musiqi mərkəzi olan Usina Del Artenin səhnəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş caz gecəsi keçirilib. Konsertdə Latın Amerikası turu çərçivəsində Azərbaycanın Əməkdar Artisti, 43-cü Montrö Caz Festivalının qalibi, pianoçu və bəstəkar İsfar Sarabski və qrupu, o cümlədən tarzən Şəhriyar İmanov çıxış edib. Bu haqda Azərbaycanın Argentinadakı Səfirliyindən redaksiyamıza məlumat verilib. İ.Sarabskinin pianinoda möhtəşəm və əsrarəngiz ifasında “Prelude” (İ.Sarabski), “Limping Stranger” (İ.Sarabski), “Swan Lake” (P.Çaykovski), “Be Witched” (R.Rocers), “Planet” (İ.Sarabski) əsərləri auditoriya tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb. Daha sonra solo ifa üçün səhnəyə dəvət olunan tarzən Ş.İmanov tarda muğam və müasir musiqinin vəhdətini ehtiva edən “Crying waterfal” (Ş.İmanov) kompozisiyasını tamaşaçılara təqdim edib. Argentina auditoriyası üçün yeni olan tar musiqi alətində ifalar sürəkli alqışlarla müşayiət olunub. Konsertin sonunda ifaçılar birlikdə “The Edge” (İ.Sarabski) və “Novruz” (İ.Sarabski) əsərlərini səsləndiriblər. Azərbaycan musiqiçiləri və musiqisinin möhtəşəmliyindən heyrətlənən auditoriya ifaçıları bir neçə dəfə yenidən səhnəyə dəvət edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Şahin Növrəsli Fransada caz festivalında iştirak edəcək
22.09.2018
Bəstəkar Murad Kajlayevin müəllif gecəsi
20.09.2018
Daşkənddəki teatr yeni mövsümü “Arşın mal alan” musiqili komediyası ilə açıb
20.09.2018
Bakıda dünya şöhrətli “New Life Brass” kvintetinin konserti olub
19.09.2018
Bədii əsərdə yer alan qəhrəmanlar tarix səhnəsində tez-tez xatırlanır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info