“Mühüm layihələr reallaşdıracayıq”
Tarix: 04.09.2018 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Bu il 12 yaşın qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası fəaliyyət planına uyğun olaraq yeni mövsümdə mühüm layihələr reallaşdıracaq.
Bu barədə ASGA sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib: "2018-ci il ötən illərə nisbətən daha məhsuldar oldu. Biz ölkəmizdə baş verən mühüm ictimai-siyasi, mədəni-kütləvi proseslərdə ASGA olaraq fəallıq nümayiş etdirdik. Biz həm Gənclər Nazirliyi, həm QHT-lərə Dövlət Dəstəyi Şurası, həm də Gənclər Fondunun dəstəyi ilə bir sıra layihələri reallaşdıra bildik. Bundan başqa təşkilatımız bu il Gənclər Təşkilatları Milli Şurasının Məclis üzvlüyünə seçildi. Bu da bizim üçün çox böyük məsuliyyət və stimuldur. Bu ilin sonuna qədər Polşada ATƏT-in tədbirində, eyni zamanda, Türkiyədə, Rusiyada, Ukraynada və Macarıstanda müxtəlif tədbirlərdə təşkilatçı və iştirakçı qismində iştirak edəcəyik. Yeni mövsümün ən mühüm işlərindən biri ASGA-nın Slavyan ölkələrində yeni nümayəndəliklərinin yaradılması və təsdiqlənməsi prosesi olacaqdır. Bu olduqca ağır, eyni zamanda, əhəmiyyətli prosesdir. Köhnə nümayəndələr bu illər ərzində kifayət qədər əmək sərf etdilər, uğurlar qazandılar. Artıq onların bir çoxları şəxsi işlərini qura biliblər. Bizə isə gənc, enerjili təmsilçilər lazımdır. Bizim təşkilatın ən mühüm missiyalarından biri də lobbiçiliyin inkişafına töhfə verməkdir. Bu mənada biz ilk olaraq Rusiyada, Ukraynada, Belarusda, Moldovada, Çexiyada nümayəndəlikləri yeniləyəcək, digər Slavyan ölkələrində isə yeni nümayəndəliklər yaradacağıq. Bu barədə təşkilatın rəsmi saytında elan və namizədlərin seçimi ilə bağlı məlumat veriləcəkdir. Bu istiqamətdə də ilin sonuna qədər mühüm layihələr reallaşdıracağıq. Bundan başqa Azərbaycan-Slavyan Gənclərinin I Formunun da bu il reallaşması nəzərdə tutulub. Bütövlükdə işlərimiz çoxdur, maraqlıdır. Biz, həmçinin, ASGA olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət nazirliklərinə mühüm layihə təklifləri ilə müraciət edəcəyik.”
Məlumat üçün qeyd edək ki, ASGA 2006-cı ilin 30 iyun tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Bu il təşkilatın 12 yaşı tamam olub. Təşkilat bu illər ərzində öz spesifikasına uyğun fəaliyyət göstərərək ciddi uğurlar əldə edib. Bu günə qədər ASGA 100-dən çox layihə reallaşdırıb ki, onlardan 15-ni beynəlxalq layihələr təşkil edir. Son 10 ildə ASGA ölkəmizə qarşı qərəzli hesabatlar verən təşkilatlara qarşı bir neçə dildə və müxtəlif məzmunda 46 bəyanat yayıb. Təşkilatın media qurumları ilə sıx əməkdaşlığı qurulub. Məhz bunun nəticəsidir ki, bu günə qədər QHT haqqında 3785 məqalə dərc edilib. Hal-hazırda ASGA-nın Rusiyada, Ukraynada və Polşada nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Təşkilatın əsas məqsədi ölkəmizi Slavyan ölkələrində layiqincə təbliğini və gənclərarası innovativ inteqrasiyanı təmin etməkdən ibarətdir. Bu gün ASGA Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Milli QHT-lər Forumu (üzvdür), Gənclər Təşkilatları Milli Şurası (üzvdür) ilə sıx əməkdaşlıq edir. Bundan başqa ASGA Avropa Şurası Gənclər Departamenti, Rusiyada Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondu və Slavyan ölkələrində fəaliyyət göstərən səfirliklərlə əməkdaşlıq edir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info