Şopen: “Ermənilər musiqi və nəğmələri azərbaycanlılardan götürüblər”
Tarix: 04.09.2018 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


“Onlar hazırkı rəqs və oyunları da azərbaycanlılardan əxz ediblər”

(əvvəli ötən sayımızda)

3. Sərtib xan məscidi
4. Hüseynəli xan məscidi
5. Hacı İmamverdi məscidi
6. Hacı Cəfər bəy məscidi.
İ.İ.Şopen bu məscidlərdən başqa şəhərdə dörd dağılmış məscid binasının qalıqlarının olduğu haqqında da məlumat verirdi. O belə bir cəhəti də xüsusi olaraq qeyd edirdi ki, İrəvanda çox az sayda içtimai müəssisələr var. Tədris müəsisələri məscidlər yanında təşkil edilir ki, bu məktəblərdə onlarla oğlan uşağı savad təliminə yiyələnirlər. Şəhərin Hüseyn Əli xan məscidində 200-ə yaxın şagird təhsil alır. Naxçıvan və Ordubad məscidləri haqqında statistik məlumatlara gəlincə, Şopen göstərir ki, Naxçıvan şəhərində iki məscid, Ordubad şəhərində isə altı məscid, iyirmi beşə qədər müsəlman ibadət evi var. Ümumiyyətlə isə iyirmi beşə qədər müsəlman uşağı olmaqla Ordubadda 30 yaxın az və ya çox dərəcədə salamat qalmış məscid var .
İ. İ. Şopen özünün müşahidələrinə əsaslanaraq yazır ki, azərbaycanlıların xalq təhsilinin (milli təhsil-tərbiyəsinin) əsasında ruhani təlimi durur. Hər bir məsciddə az və ya çox dərəcədə əhəmiyyətli olan məktəblər fəaliyyət göstərir. Bu təhsil ocaqlarında gənc oğlanlar təhsil alır. Bu təlim-tərbiyə müəssisələrində uşaqların təhsilinin məqsədi onları gələcəkdə ruhani rütbəsinə hazırlamaq, yaxud da sadəcə dini elmlərlə özünü şərəfləndirmək, müqəddəs Quranı öyrənib başa çatdırmaqdan ibarət olur.
İ. İ. Şopen əldə etdiyi məlumatlara əsaslanaraq yazır ki, İrəvan vilayətində İranın hakimiyyəti zamanı (Rusiyanın işğalından əvvəlki dövrlərdə) məktəblərdə şagirdlərin sayı İrəvanda 200, Naxçıvanda 60, Ordubad şəhərinin tədris müəssisələrində isə 40 nəfərə çatırdı. Bundan başqa hər bir molla məscid məktəbindən əlavə, xüsusi olaraq şagird götürüb məşğul olurdu. Tədris haqqı orta səviyyədə idi, yəni daha dəqiq deyilsə valideynlərin ödəyə biləcəyi səviyyəyə tamamilə uyğun idi: hər ay gümüş pulla 20 qəpik .
İ.İ.Şopen ibtidai məktəb və mədrəsələrdə təlimin məzmunu məsələsini də müəyyənləşdirməyə səy göstərmişdir. O yazırdı ki, müsəlman məktəblərindəki təlimdə ( mədrəsə təlimində - V. R,) bütün elmlər üç başlıca sahəyə ayrılır:
A) Əl-ərəbiyyat, xüsusi Ədəbiyyatdır ki, özündə iyirmidən artıq bilik sahəsini birləşdirir: burada 1) Dilçilik; 2) Etimologiya; 3) Sintaksis; 4), 5) və 6) Ritorikanın üç hissəsi; 7), 8), 9) və 10) Ərəb dilinin uzun və qısa, vurğulu və vurğusuz tələffüz üsulları; 11) Tarix və onun müxtəlif sahələri; 12) Quranın oxunması ( elmül-qiraət).
B) Əl-Şəriət, İlahiyyat və ümumən İslam hüquqşünaslığı. Buraya altı bölmə aiddir: 1) Quranın şərhi (elmül-təsvir); 2) Elmül-hədis; 3) Praktik ilahiyyat (hüqüqşünaslığa aid olan fiqh elmi); 4) Sxolastik ilahiyyat ( elmül-kəlam); 5) Mirası bölmək qaydaları (Elmül-fərz); 6) Üsulül-fiqh Məzhəblərin qanunçuluğunun müxtəlif şöbələrinin əsasları.
C) Əl-kimya, Fəlsəfə, beş hissədən ibarətdir: 1) Məntiq; 2) Riyaziyyat; 3) Coğrafiya və astronomiya (nücum); 4) Tibb və təbiət elmləri; 5) Nəzəri fəlsəfə .
Beləliklə, təhsilin yüksək səviyyəsi kimi mədrəsələrdə tədrisin məzmununu müəyyənləş¬dir¬mə¬yə müvəffəq olan Şopen ibtidai məscid məktəblərinin məzmun istiqamətini də aydınlaşdırmağa səy göstərərək yazırdı ki, xüsusi şəkildə təşkil olunmuş bu tip tədris müəssisələrində isə şagirdlərin təlimi oxu, yazı, ərəb, fars dilləri, Quranın oxunması ilə məhdudlaşır. Əgər uşaq fars dilində olan kitabları oxuya və mətnlər üzrə yazı vərdişləri əldə edə bilirsə, verilən materialı əzbərdən söyləməyi bacarırsa, bir çox ədəbi və qanun kitablarını (şəriəti) oxuyub şərh etməyə müvəffəq ola bilirsə, bununla da onun təlimi və tərbiyəsi üzrə işlər başa çatdırılmış hesab olunurdu. İ. İ. Şopenin doğru müşahidələri idi ki, İərvan gəncləri bədii ədəbiyyatla, klassik Şərq şeri ilə daha yaxından maraqlanır və böyük həvəslə onları öyrənir, təbliğ edirdilər. O yazırdı: “Gənc insanlar ədəbiyyatla daha çox məşğul olurlar. Onlardan bir çoxu Rudəki, Firdovsi, Ənvəri, Nizami, Cami, Hafiz, Sədi və Şərqdə məşhur olan digər şairlərin əsərlərini əzbərdən bilirlər. Hətta bəziləri İrəvan muzalarını (musiqiçilərini) ilhama gətirir və müxtəlif hadisələrə aid xüsusi şerlər qoşurlar. Tez-tez şairliklə (şeir yazmaqla) məşğul olan bir İrəvan mirzəsi sadəcə Mirzə Əndəlib (Mirzə Bülbül) təxəllüsü götürmüşdür. ”

Şopen ibtidai məktəblərdə savad təlimində öyrənmə üsulları və metodikası, həmçinin tədris vəsaitləri, dərsin təchizatı məsələləri barədə də nisbətən doğru-düzgün fikirlər söyləyə bilmişdir. O yazırdı ki, məscid məktəblərində tədris vəsaitləri əlyazması şəklində yayılır, müxtəlif fənlərin tədrisi isə kifayətqədər sadə metodika ilə öyrədilirdi. Quran və müsəlman qanunlarına aid kitablar başlıca tədris vəsaitləri hesab olunurdu. Bu növ kitabların, yəni Quran və digər müsəlman qanunlarına aid kitabların bir neçə nüxsəsini hər evdə tapmaq mümkündür. Nümunəvi gözəl xətlə yazılmış şeir kitabları olduqca bahadır. Lakin dah çox tarixi və digər əsərlər isə inanılmaz dərəcədə ucuz satılır .
Ümumiyyətlə, İ. İ. Şopenin göstərilən tarixi-etnoqrafik kitabı XIX əsrin birinci yarısında Azərbaycanın qədim bölgələrindən olan İrəvan vilayəti və Naxçıvan diyarı haqqında geniş şəkildə bəhs edən dövrü nəşrlərdən biridir. Kitab ilk mənbələr əsasında yazılmış, bir çox cəhətdən fakt və hadisələrə həyati, həqiqi müəllif müşahidələrinə əsaslanma nümayiş etdirilmişdir. Bununla belə “Erməni yalanları ilə hazırlanmış bir zəhər” Şopenin də ağzına damızdırılmışdır. General İvan Paskevinçin şəxsi dəvəti ilə Qavqaza gəlmiş Şopen çox keçmədən “İvan İvanoviç” kimi tanınmış və təbii ki, Paskeviçin (bu şəxs Azərbaycan əyalətlərində erməniləşdirmə siyasətini həyata keçirən ilk çar məmurlarından idi) Azərbaycanda yeritdiyi siyasətin ideya dayaqlarını kütləvi nəşrlərdə təsbit etmək məqsədlərini həyata keçirməli idi. Belə yanaşma sonrakı tarixi, etnoqrafik, ensiklopedik-təqvim nəşrləri üçün də “metodoloji, baza-təchizat” rolunu oynamışdır. Çarizmin “erməniləşdirmə” siyasətinin dövrü nəşrlərdə təbliği kimi şox mühüm bir nöqtteyi-nəzər, məkrli ambisiya Şopenin əsərləri üçün səciyyəvi haldır. Diqqət edilsə, kitabda heç bir tarixi-arxeoloji tədqiqata, yaxud yazılı mənbələrə əsaslanmadan çox-çox əvvəlki zamanlarda da Azərbaycan kəndləri kimi tanınmış yurd yerlərimiz, qədim məskənlərimiz haqqında yanlış fikir və mülahizələr irəli sürülür. Xüsusilə Alban mədəniyyətinə aid və ümumən müsəlman mədəniyyətinə qədərki bütün maddi-mədəni abidələri xüsusi bir ehtirasla erməniləşdirmək, onların ermənilərə məxsus olduğunu güman şəklində olsa da ifadə etmək səyləri Şopenin əsərlərində çox güclüdür. Məsələn, müəllif yazır ki, Sallı, Qovuşuq kəndlərində az, ya çox dağıdılmış kilsələr var. Yaxud: Ələyəz kəndinin 3 kilometrliyində qədim qala var və s. “Ola bilsin ki, bunlar erməni-qriqoriyan abidələridir”- deyən müəllif erməni yalanlarına haqq qazandırmaq istəyini sanki “Ezop dili” ilə söyləməyə çalışır.
Əlbəttə, söyləmək lazımdır ki, Şopenin güman və ehtimallar şəklində ifadə etdiyi xeyli sayda fikir və mülahizələrin bir qismi real əsasa malikdir. Onun belə bir müşahidəsi maraq doğurur ki, hələ o dördə indiki ermənilərin “nam tesno” xəstəliyinin əlamətlərini görə bilmiş və “Bura erməniləri qəmgin, məhzun, kədərli görünür” demişdir. Ermənilər haqqında Şopenin daha bir neçə fikir və mülahizələrini də göstərmək olar. Məsələn: “ Güman etmək olar ki,ermənilər heç vaxt milli nəğmələrə malik olmamışlar”; “Ermənilər musiqini və nəğmələri azərbaycanlılardan götürmüşlər”; “Əgər ( yəni fərz etsək ki), ermənilərin milli rəqsləri olmuşsa, milli musiqini itirdikləri kimi milli rəqslərini də itirmişlər”; “Ermənilər hazırkı rəqsləri və oyunları azərbaycanlılardan əxz etmişlər” və s.
Lakin dözülməz olanı odur ki, Azərbaycan xalqının tarixi əraziləri, bu ərazilərdəki yurd yerlərimiz saxtalaşdırılaraq, erməniləşdirilərək cəmiyyətə, publikaya təqdim edilir. Şopenin ulu məskənlərimiz, kəndlərimiz, obalarımız haqqında əsassız, heç bir həqiqətə tapınmayan fikriləri heyrət və təəccüb doğurmaya bilməz. Əlbəttə, belə bir açıq saxtakarlıq üçün o qədər də bilikli olmaq tələb olunmur. Buna görə də Şopenin tarixi həqiqətləri və faktları necə bir alabəzək formada ifadə etdiyini sübuta yetirməyə ehtiyac qalmır. Təkcə onu demək kifayətdir ki, Azərbaycan ellərini, onun maddi və mənəvi mədəniyyətini erməni yalanları ilə ört-basdır etmək, tarixi abidələri və el-obanı “erməniləşdirmək” niyyətləri nə qədər gülünc görünsə də, rüsvayçı olsa da bu istiqamətdə axtarışlara, tariximisin bu dövrünün real mənzərəsinin öyrənilməsi işinə səfərbər olmalıyıq.
XIX əsrin ortalarından etibarən regionda ənənəvi məktəblərin şəbəkəsinin nisbətən genişləndiyi müşahidə olunur. Buna səbəb istər şəhərlərdə, istərsə də əhalisi 150 və ondan daha çox olan kəndlərdə məscidlərin və ibadət evlərinin sayca artması idi. Məscid məktəbləri quberniyanın yaşayış məskənlərindəki müsəlmanlar arasında savad təlimini, dini-mənəvi dəyərləri yayan tədris müəssisələri kimi fəaliyyət göstərdiyindən əhali öz uşaqlarını bu məktəblərə daha həvəslə göndərirdi. Ona görə də Qavqazın yüksək rütbəli dövlət məmurları bu məktəblərin siyahıya alınmasını vacib hesab edir, milli-dini təhsil ocağı kimi xüsusi nəzarətdə saxlayırdı. Lakin bununla belə məscid məktəbləri Rusiya Xalq Maarif nazirliyinin tabeliyində olmayan tədris müəssisələri hesab olunurdu.
Bir cəhəti də qeyd edək ki, bu təhsil ocaqları bir qayda olaraq müxtəlif mənbələrdə müxtəlif sayda göstərilmişdir. Fikrimizcə, ilk növbədə buna səbəb məscid məktəblərinin açılıb bağlanmasının şəxsi təşəbbüslərlə, yəni müəllim-mollanın, valideynlərin arzu və rəyləri əsasında təşkil olunması idi. Məktəb fəsillərdən və zamandan asılı olmayaraq ilin hər hansı bir günündə müəyyən ehtiyac və çatışmazlıqlar üzündən açıla və ya bağlana bilərdi.
ardı var
Vahid Rzayev
Pedaqogika üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info