Ölkəyə psixotrop maddələr gətirmək istədi
Tarix: 04.09.2018 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Azərbaycan gömrükçüləri xeyli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dan verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı Əbülfəz Abbasovun idarə etdiyi "Hyundai Accent" markalı, 10-RL-179 dövlət qeydiyyat nişanlı minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.
Baxış zamanı xidməti it avtomobilin salonundakı ön panelin orta hissəsinə reaksiya verib. Sonra avtomobil əsaslı yoxlanılma üçün stasionar rentgen qurğusundan keçirilib. Bu zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilib.
Daha sonra həmin avtomobil əsaslı yoxlanılıb. Nəticədə, avtomobilin salonunda, ön cihazlar panelinin içərisində, ön panelin orta hissəsində yerləşən maqnitofonun arxasındakı boşluqda - havalandırma sisteminin divarına yapışdırılmış şəkildə 3 ədəd sellofan bükümdə, ümumi xalis çəkisi 131,378 qram olan metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.Faktla bağlı araşdırma aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Sabahın hava proqnozu açıqlanıb
25.08.2019
Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info