“Azərişıq” ASC-nin etdiyi yeniliklər öz bəhrəsini verir
Tarix: 04.09.2018 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Ötən ilin avqust ayı ilə müqayisədə “ASAN xidmət” vasitəsi ilə “Azərişıq” ASC-yə 2 dəfə artıq müraciət edilib

“Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sırasına son aylarda əlavə üç xidmətin artırılması, həmçinin istehlakçıların enerji təchizatı sxeminin bir fazalıdan üç fazlıya keçirilməsi, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsinin yalnız və yalnız “ASAN Xidmət” vasitəsi ilə həyata keçirilməsi, avqust ayında Səhmdar Cəmiyyətə edilən müraciətlərin sayının artmasına səbəb olub. Eyni zamanda iyul ayının sonunda Nazirlər Kabinetinin əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı kVt-a görə vahid tarif müəyyən etməsi və buna görə əvvəlki qayda ilə müqayisədə məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflərin ucuzlaşması da, müraciət edənlərin sayında artıma səbəb olub. Nəhayət elektrik avadanlıqlarının istismarı zamanı, qəzalar, zədələnmələr, yanğınların qarşısının alınması üçün yeni yaradılan “İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi”xidmətinə sahibkarların diqqət göstərməsi də müraciətlərin sayına müsbət mənada təsir göstərib.
Nəticədə "Azərişıq“ ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 2 yüzdən artıq sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4 mindən artıq vətəndaş müraciət edib. İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti üçün 426, qeyri-əhali qrupuna aid istehlakçıların sayğac əvəzlənməsi üçün 1000-ə yaxın sahibkar müraciət edib.
Nəticədə istirahət ayı hesab olunmasına baxmayaraq avqust ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi digər xidmətlərlə birlikdə 12 mindən artıq müraciət daxil olub. Bu isə ötən ilin avqust ayı ilə müqayisədə müraciətlərin sayının 2 dəfəyədək artması deməkdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Bakının elektrik enerjisi təchizatının etibarlılığı artırılıb- VIDEO
27.05.2019
“Qala Sığorta” böyüyür – şirkətin daha bir regional nümayəndəliyi açıldı
27.05.2019
Ramin Quluzadə Rusiyada səfərdə olub
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info