Magistral yolların kənarında sürücülər üçün istirahət yerləri qurulacaq
Tarix: 04.09.2018 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Magistral yolların kənarında yük və sərnişindaşıma fəaliyyəti olan məşğul olan sürücülər üçün istirahət yerləri qurulacaq Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev AZƏRTAC-a açıqlamasında deyib. O bildirib ki, iş və istirahət rejimi ilə bağlı ölkə başçısının müvafiq fərmanı var: “Söhbət yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin taxoqraf cihazı ilə təmin olunmasından gedir. Hazırda bununla bağlı işlər görülür. 2011-ci ildə beynəlxalq yükdaşımalarda bu tətbiq edildiyindən, artıq bununla bağlı təcrübə var. Sürücülər həmin kartlarla təmin edilib və kartlar taxonet beynəlxalq şəbəkəsinə qoşulub. Hətta xarici ölkələrin sürücüləri də bu kartı bizdən əldə edir. Bu təcrübə olduğu üçün ölkədaxili yük və sərnişindaşımalarda bu tətbiq olunacaq. Həmçinin magistral yolların kənarlarında istirahət üçün yerlər qurulacaq. Yəni ölkələrarası hərəkət edən sürücülər burada istirahət etməlidir. Bundan başqa, daxili yükdaşımada iştirak edən sürücülər də buradan istifadə edə biləcək”.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info