“Soçidə imzalanan sənədlər SOCAR-ın Rusiya şirkətləri ilə birgə fəaliyyəti üçün yeni qapılar açır”
Tarix: 04.09.2018 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


“Ölkə başçısının Rusiyaya rəsmi səfəri zamanı sentyabrın 1-də Soçidə Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə iki ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələrin gələcək inkişafı üçün müxtəlif sənədlər imzalandı. Həmin sənədlər arasında yer alan SOCAR ilə “Rosneft” arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş, Dövlət Neft Şirkəti və “Rosneft” arasında Kontrakt, eləcə də SOCAR, “Qazprombank” və “Rusiya İxrac Mərkəzi” arasında Rusiyadan ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş SOCAR-ın Rusiya enerji şirkətləri və kommersiya təşkilatları ilə birgə fəaliyyəti üçün yeni qapılar açır”. Bu sözləri AZƏRTAC-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. SOCAR rəsmisi qeyd edib ki, Dövlət Neft Şirkətinin “Rosneft”lə imzaladığı “Qoşadaş” blokunun və Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsinə dair Sazişlə tərəflərin karbohidrogenlərin geoloji kəşfiyyatı, işlənməsi, hasilatı və satışı sahəsində əməkdaşlıq imkanlarını öyrənmək niyyəti təsbit olundu. “SOCAR-la “Rosneft”in imzaladığı Kontrakt isə Dövlət Neft Şirkətinin Türkiyədəki “Star” neft emalı zavoduna (NEZ) Rusiya neftinin təchizatını nəzərdə tutur. Bildiyiniz kimi, Azərbaycan öz nefti ilə yanaşı, üçüncü tərəflərin neftini də alır və ya satır. Ötən ayın əvvəlindən “Star” neft emalı zavodunda sınaq məqsədilə xam neft emalına başlanılıb və NEZ-ə ilk xam neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı xam neft çatdırılıb. Lakin hamıya məlumdur ki, “Azeri Light” markalı neft hazırda ən baha neft növlərindədir. Rusiya xam nefti isə ağır neft olmaqla nisbətən daha ucuzdur. Buna görə də Rusiya mənşəli neft “Star”da emal üçün məqbuldur və daha ucuz olduğuna görə əlavə mənfəət yaradır. Kontraktın şərtlərinə görə, bu ilin dekabr ayından etibarən bir il ərzində zavodun 1 milyon ton Rusiya xam nefti ilə təchiz olunması planlaşdırılır” - deyə İ.Əhmədov əlavə edib. O qeyd edib ki, SOCAR-ın “Qazprombank” və “Rusiya İxrac Mərkəzi” ilə imzaladığı Rusiyadan ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Sazişin məqsədi Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrin ehtiyaclarını qarşılamaq üçün Rusiya istehsalı olan avadanlıqların, habelə iş və xidmətlərin ixracına dəstək göstərilməsi sahəsində uzunmüddətli, səmərəli və əlverişli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Sazişə görə, “Qazprombank” tərəfindən bank xidmətlərinin göstərilməsi, habelə istehsalat obyektlərinin modernləşdirilməsi və sənaye avadanlığının satın alınması istiqamətində SOCAR-ın həyata keçirdiyi cari və investisiya fəaliyyətinin potensial maliyyələşdirilməsi də nəzərdə tutulur. Bundan əlavə, Rusiya İxrac Mərkəzi sənəd çərçivəsində Rusiya istehsalı olan avadanlığın təchizatını, habelə rusiyalı podratçıların iş və xidmətlərini maliyyələşdirən Rusiyanın kommersiya banklarına sığorta təminatının təqdim edilməsini planlaşdırır, eləcə də bu ölkənin kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcəsinin subsidiya edilməsi məsələsini araşdırmağa hazır olduğunu təsdiqləyir. “Qazprombank” və SOCAR uzunmüddətli və strateji əməkdaşlıq qurub. Bu Saziş isə tərəflərin birgə maraqlarına əsaslanır. Bildiyiniz kimi, 2015-ci ildə “Qazprombank” “SOCAR Polymer” layihəsi üçün 10 illik müddətə təxminən 500 milyon ABŞ dolları həcmində kredit ayırıb. İki il öncə isə “Qazprombank” ilə “SOCAR Polymer” arasında əməkdaşlıq haqqında saziş də imzalanıb. Yüksək Sıxlıqlı Polietilen zavodu layihəsinin maliyyələşdirilməsini məhz “Qazprombank” həyata keçirib. Hazırda “Qazprombank” Rusiya İxrac Mərkəzinə dövlət dəstəyi proqramları çərçivəsində SOCAR GPC qaz-kimya kompleksi üçün Rusiya istehsalı olan məhsul təchizatını 700 milyon dollar həcmində maliyyələşdirilməsi imkanlarını araşdırır”,- deyə SOCAR rəsmisi qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info