“Türkiyədə diasporumuz kifayət qədər güclüdür”
Tarix: 26.06.2013 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Anar Əsədov: “Bizim əsas məqsədimiz Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini, üzləşdiyimiz Qarabağ problemini həm qardaş Türkiyə xalqına, həm də dünya ictimaiyyətinə çatdırmaqdır”

Türkiyədə təhsil alan azərbaycanlı tələbə Anar Əsədovla müsahibəni təqdim edirik:

Müsahibimiz Anar Əsədov 1990-cı ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər akademik Məmməd Cəfər Cəfərov adına 14 nömrəli orta məktəbi 2007-ci ildə bitirib. Hazırda ikinci təhsil kimi xarici ticarət ixtisası üzrə Türkiyədə təhsilini davam etdirir. Eyni zamanda Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasında (TADEF) mətbuat katibi vəzifəsində çalışır.


- Türkiyəyə üz tutmağınız nə ilə bağlı oldu?
- 2007-ci ildə orta məktəbi bitirdikdən sonra Türkiyənin Kocaeli Universitetinə daxil oldum və bu tarixdən etibarən Kocaelidə (İzmit) yaşayıram.
- Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Türkiyə ilə Azərbaycan arasında tarixi dostluq ve qardaşlıq əlaqələrinin inkişafı üçün necə fəaliyyət göstərir?
- Əvvəlcə onu xatırladım ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası 2006-cı ildə Türkiyədə fəaliyyət göstərən bir sıra Azərbaycan təşkilatlarının bir araya gəlməsi ilə qurulmuş bir təşkilatdır.
Bilirsiniz ki, qardaş ölkədə 3 milyondan artıq Azərbaycan əsilli soydaşımız yaşayır. Bununla yanaşı, ölkəmizdən təhsil almaq, yaşamaq və başqa səbəblər üçün ən çox Türkiyəyə gəlirlər. TADEF onları öz fəaliyyətilə bir araya gətirir, Türkiyə cəmiyyətinə inteqrasiyası, birlik və bərabərliyimiz, onların təşkilatlanması üçün bir sıra önəmli layihələr həyata keçirir. Təbii ki, bizim əsas məqsədlərimizdən ən başlıcası isə Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini, üzləşdiyi Qarabağ problemini həm qardaş Türkiyə xalqına, həm də dünya ictimaiyyətinə çatdırmaqdır.
Federasiyamızın böyük layihələrindən biri isə 2010-cu ildə Kartepe rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı ulu öndər Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, 2011-ci ildə isə Türkiyə Cümhuriyyətinin qurulmasının 88-ci ildönümü ilə bağlı Dərincə rayonunda park açılışı olub.
Ən böyük layihələrimizdən biri də məhz keçən il oldu. 23 noyabrda İzmit şəhərində Seka Parkda Diasporla İş üzrə Dövlət Komitəsinin də dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını keçirdik. Burada ulu öndər Heydər Əliyev adına kitabxana və Soyqırımı Muzeyi fəaliyyət göstərir. Muzeydə Xocalı soyqırımı və Qarabağın işğalını əks etdirən fotolarla yanaşı, 1913-1924-cü illərdə ermənilərin Türkiyədə törətdikləri qətliamlarla bağlı şəkillər də mövcuddur. Açılışa DİDK sədri Nazim İbrahimov, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyə ailə və sosial politikalar naziri Fatma Şahin, Türkiyədən bir çox valilər, millət vəkilləri və bələdiyyə başçıları da qatıldılar. Artıq Soyqırımı Muzeyini 17485 insan ziyarət edib.
2012-ci ilin sonunda gördüyümüz bu işləri nəzərə alaraq səsvermə yolu ilə Kocaelinin ən köklü qəzeti bizi 2012-ci ilin Qeyri-Hökumət Təşkilatı nominasiyasında da mükafatlandırdı.
- Türkiyədəki diasporumuzu güclü hesab etmək olarmı?
- Diaspor fəaliyyəti könüllülük prinsipinə dayanan bir işdir. Gərək burada heç bir mənfəət güdmədən, canla-başla çalışasan. Bizim tarixi qardaşlığımız və dostluğumuz var və bu, əbədidir. Azərbaycanda və Türkiyədə bu qardaşlıq gün keçdikcə hər sahədə artan əməkdaşlıq mühiti ilə daha da genişlənməkdə, möhkəmlənməkdədir. Azərbaycanın arxasında Türkiyədə 3 milyon Azərbaycan əsilli soydaşlarımızla birgə 76 milyon türkiyəli qardaşlarımız durur.
Türkiyədə diasporumuz kifayət qədər gülcüdür. Amma bu da yetməz. Güclü diasporumuzun formalaşması üçün sadəcə Diaspor Komitəsi deyil, digər dövlət orqanları, ictimai xadimlərimiz və özəlliklə işadamlarımız bu işdə onlara köməklik göstərməlidirlər.
- TADEF “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”na uyğun hansı işləri həyata keçirməyi nəzərdə tutub?
- Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası əvvəlki illərdə həyata keçirdiyi böyük layihələri davam etdirəcək. Bu ilin sonunda Türkiyədə ilk dəfə birinci Qarabağ Simpoziumu keçirməyi düşünürük. Təbii ki, bu da maddi dəstək olacağı təqdirdə baş tutacaq. Bundan başqa, Azərbaycanın önəmli günləri ilə əlaqədar olaraq müxtəlif konfranslar, seminarlar, mətbuat konfransları və buna bənzər digər fərqli tədbirlər həyata keçirəcəyik. Bu kimi tədbirlərimiz hər zamankı kimi davam edəcək. Ümumiyyətlə, hər bir fəaliyyət, layihə üçün maddi dəstəyə ehtiyac var. Əgər maddi dəstək olmasa, hər şey xəyal olaraq qalır.
- Türkiyədə gənclərimiz fəaldırlarmı?
- 1992-ci ildən Türkiyəyə təhsil almaq üçün gələn minlərlə tələbələrimiz var. Bu gün onların bir qismi geriyə dönməyərək Türkiyədə yaşamağa davam edir və öz fəaliyyətləri ilə Azərbaycanın Türkiyədəki könüllü mədəniyyət elçiləri olurlar. Təəssüflər olsun ki, bu günə qədər bu gənclərimizi bir araya gətirərək təşkilatlana bilməmişik. Amma buna baxmayaraq, Türkiyə cəmiyyətində çox aktiv iştirak edən gənclərimiz də mövcuddur.
- Bu ilin aprel ayında Dünya Azərbaycanlı Gənclər Birliyinin İstanbulda tədbiri keçirildi. Bu iclasın gənclərimizin həmrəyliyi üçün hansı önəmi var?
- Dünya Azərbaycanlı Gənclər Birliyi böyük və olduqca da çox səmimi bir ailədir. Mən də bu ailənin bir parçası olduğum üçün qürur duyuram. Buna bənzər tədbirlərin olması çox önəmlidir. Diasporda fəaliyyət göstərən gənclərimiz xarici ölkələrdə fəaliyyət göstərən digər gənc diaspor nümayəndələrimizlə tanış olurlar və yeni-yeni fikirlər, əməkdaşlıqlar ortaya çıxır. Diasporumuzun inkişafı üçün bu tədbirlər daha tez-tez olsa, bunun bizə qatacağı faydalar da daha çox olar. Bu baxımdan DAGB sədri Ramin Məmmədovun və ümumilikdə DAGB idarə heyətinin də üzərinə böyük iş düşür.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info