Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji xarakter daşıyır
Tarix: 04.09.2018 | Saat: 22:03:00 | E-mail | Çapa göndər


Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçidə keçirilən görüşündə bir çox məsələlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub, ondan çox vacib sənəd imzalanıb. Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin son üç ayda üç görüşü baş tutub. Bu görüşlər yaxın dostların və müttəfiqlərin mütəmadi görüşləridir.
Bu sözləri sentyabrın 4-də “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində keçirilən mətbuat konfransında Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq və ictimai xadim Sergey Markov deyib.
Politoloq bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həm prezidentlər səviyyəsində, həm də iqtisadi, siyasi və humanitar sahələrdə inkişaf edir. Diaspor üzvləri hər iki dövlətdə rahat fəaliyyət göstərirlər. Qeyd olunub ki, Cənubi Qafqaz ölkələri arasında rus dili ən çox Azərbaycanda yayılıb və bu Rusiya tərəfindən yüksək qiymətləndirilir. Bütün bu amillər onu göstərir ki, ölkələrimiz arasında strateji əməkdaşlıq mövcuddur.
Sergey Markov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün ən vacib məsələdir. Lakin Ermənistanda baş verən hakimiyyət böhranı danışıqlar prosesini ləngidir. Prezident Vladimir Putinin Soçidə mətbuata bəyanatında dediyi kimi, Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək.
Rusiya Siyasi Tədqiqatlar İnstitutu direktorunun müavini Darya Qrebtsova bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü Ermənistan mətbuatının yazdığına görə bu ölkədə ciddi gərginlik doğurub. Buna səbəb isə Rusiyanın Türkiyə ilə münasibətlərinin sürətlə inkişaf etməsidir. Çünki Azərbaycan Türkiyənin dostu, qonşusu və strateji tərəfdaşı olaraq Rusiya ilə Türkiyənin bir-birinə yaxınlaşmasında maraqlıdır. Üç dövlətin bir-birini dəstəkləməsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli işinə müsbət təsir göstərəcək.
Darya Qrebtsova qeyd edib ki, humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi də Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə diqqət mərkəzidə olub. Gələn ay Azərbaycanda növbəti Bakı Beynəlxalq Humanitar Forum keçiriləcək. Foruma bütün dünyadan alimlər, siyasi xadimlər qatılır. Forum iştirakçıları Azərbaycana gəlib buranın inkişafını öz gözləri ilə görürlər və bu ölkənin dostu olurlar. Tədbir iştirakçıları vətənlərinə qayıdandan sonra Azərbaycanda işlərin əslində necə olduğunu danışırlar. Çünki bir çoxları Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı rayonların işğal olunmasından xəbərsizdirlər. Bu forum Azərbaycan torpaqlarının işğal olunması haqqında məlumatın beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev bu işi forumda müvəffəqiyyətlə görür.
Direktor müavini, həmçinin diqqətə çatdırıb ki, Rusiya və Azərbaycan arasında münasibətlər bir çox sahələrdə uğurla inkişaf edir, ölkələrimiz bir-birinə daha da yaxınlaşır. Sonda jurnalistlərin sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info