Taro Kono: “Qafqazda sabitlik bütün dünya üçün vacibdir”
Tarix: 04.09.2018 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Qafqaz regionu Asiya, Avropa və Yaxın Şərq üçün qapıdır. Bölgədə sabitlik təkcə Gürcüstan və bu region üçün deyil, bütün dünya üçün vacibdir.

Bu sözləri Tbilisidə səfərdə olan Yaponiyanın Xarici İşlər Naziri Taro Kono gürcü həmkarı David Zalkaliani ilə görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.

Yaponiya xarici siyasət idarəsinin rəhbəri beynəlxalq ictimaiyyəti Qafqaz regionu ilə əməkdaşlığı genişləndirməyə çağırıb və hökumətinin bununla bağlı hazırladığı “Qafqaz təşəbbüsü” proqramı barədə danışıb. Bildirib ki, Yaponiya Qafqaz regionunun inkişafı məqsədilə əməkdaşlığı daha da dərinləşdirmək istəyir. Yaponiya hökumətinin təklif etdiyi “Qafqaz təşəbbüsü” layihəsi əsas iki istiqamətdən ibarətdir. “Birincisi hissədə dövlət quruculuğuna yardım məqsədilə insan resurslarının inkişafı, ikincisində isə Qafqazın iqtisadi cəhətdən daha cəlbedici olmasına yardımın göstərilməsi nəzərdə tutulub. İkinci istiqamətə infrastrukturun inkişafı və biznes mühitinin yaxşılaşdırılması daxildir”,- deyə Taro Kono vurğulayıb. David Zalkaliani ölkəsinin Yaponiya hökumətinin təqdim etdiyi “Qafqaz təşəbbüsü”nü dəstəklədiyini bildirib. Yaponiya XİN başçısının səfəri çərçivəsində Gürcüstanın Maliyyə Nazirliyi ilə Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən agentlik Şərq-Qərb avtomagistralının Gürcüstanın İmereti bölgəsindən keçən 15-ci kilometrliyinin Şorapani-Arqveti hissəsinin tikintisinə 343 milyon dollar məbləğində kredit ayıracaq. Qeyd edək ki, bu avtomagistralın təmirinin birinci fazası üçün Yaponiya hökuməti 2008-ci ildə 200 milyon dollar məbləğində kredit ayırmışdı.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Türkiyə Prezidenti Rusiyada səfərdədir
23.01.2019
Qazaxıstan Respublikasının adı dəyişir
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info