Dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır
Tarix: 04.09.2018 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində "Alstom” şirkətinin Yaxın Şərq və Afrika üzrə baş regional vitse-prezidenti Didier Pflegerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib.

C.Qurbanov bildirib ki, son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Bu istiqamətdə “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom Transportation S.A.” şirkəti arasında 12 may 2014-cü il tarixdə “ADY “QSC” ilə Alstom şirkəti arasında dəyişən cərəyanla işləyən 40 ədəd yük, 10 ədəd sərnişin lokomotivinin alınmasını ilə bağlı müqavilə imzalanıb. Artıq Fransanın Belfort şəhərində şirkətin “Azərbaycan Dəmir Yolları” QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin və Qazaxıstanın "Astana" xüsusi iqtisadi zonasının ərazisində yerləşən EKZ zavodunda ilk yük lokomotivi olan Prima T8-in (AZ8A) təqdimat mərasimi olub.

Bu günlərdə iki sistemli sərnişin lokomotivinin dəmir yolunun Puta-Qaradağ mənzilində saatda 159 km sürətlə uğurlu sınaq yürüşü keçirilib. Bu, sürət dəmir yolunun tarixində bir ilkdir. Son nəticədə beynəlxalq standartlara uyğun sərnişin daşıma xidmətinin həyat keçirilməsi təmin ediləcək və sərnişinlər mənzil başına daha tez və təhlükəsiz şəraitdə çatacaq.

Görüşdə cari layihə planlamaları və “ADY” QSC-yə lokomotivlərin çatdırılması işləri, “Alstom” şirkəti tərəfindən qısamüddətli və uzunmüddətli strategiya əsasında texniki xidmət dəstəyi və Bakı-Böyük Kəsik istiqamətində işarəvermə layihəsinin tamamlanması məsələləri ətrafında müzakirələr aparılıb.

"Alstom” şirkətinin Yaxın Şərq və Afrika üzrə baş regional vitse-prezidenti D.Pfleger çıxış edərək bildirib ki, Alstom şirkətinin Qərbi və Mərkəzi Asiya, Qafqaz, İran və İraq regionunun mərkəzi artıq Bakıya köçürülüb. Bu, Azərbaycanda apardığımız işləri gücləndirməyə və Azərbaycan Dəmir Yolları ilə bağlı olan layihələrimizə bundan sonra daha çox diqqət yönəltməyə kömək edəcək. Biz “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq əlaqələrinin genişlənməsindən məmnunuq.
Tədbirdə "Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya Klasterinin idarəedici direktoru Bernard Peille və şirkətin Azərbaycan və Gürcüstan ölkələri üzrə idarəedici direktoru Elşən Zeynalov iştirak ediblər. Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info