Səyyar formada məşğulluq xidmətləri göstərilib
Tarix: 04.09.2018 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzi müvafiq texniki avadanlıqlarla təmin edilmiş xüsusi nəqliyyat vasitəsindən istifadə olunmaqla “Səyyar məşğulluq xidmətləri” adı altında tədbir təşkil edib. Rayonun qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı ərazisində yerli əhaliyə məşğulluq xidmətləri və aktiv əmək bazarı proqramları, o cümlədən özünüməşğulluq proqramı, peşə hazırlığı kurslarının təşkili, habelə mövcud vakansiyalar barədə məlumat verilib. Müraciət edən işaxtaran vətəndaşlardan 21 nəfərə işləmək istədikləri və əmək qabiliyyətlərinə uyğun vakant iş yerlərinə yerindəcə göndərişlər verilib. Sosial cəhətdən həssas qruplardan olan ayrı-ayrı şəxslərlə fərdi qaydada söhbətlər aparılıb. Onlardan hazırda işləməyən və kiçik ailə biznesini yaratmaq üçün potensialları olan 10 nəfər müəyyən edilib və özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata götürülüblər. İxtisası və peşəsi olmayan, buna görə işə düzəlməkdə cətinlik cəkən 12 nəfər üçün peşələrə yiyələnmək istəkləri nəzərə alınmaqla, peşə hazırlığı kurslarının təşkil edilməsi qərara alınıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info