“Dərsliklərin təkmilləşməsinə və dəyişilməsinə ehtiyac var”
Tarix: 26.06.2013 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Zaman, cəmiyyət inkişaf etdikcə dərsliklərin təkmilləşməsinə daim ehtiyac duyulur. İndiki halda bizim dərsliklərin dəyişilməsinə ehtiyac var”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, dərsliklər təkmilləşdirilərkən köhnə sovet dərsliklərindən qalma bəzi motivlər yenilənməlidir: “Dərsliklərin içərisində müəlliflərin dünyagörüşündən irəli gələn elmi-tədqiqatlarla əlaqədar olaraq yenilənməyə ehtiyac var. Dərsliklər müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Dərsliklər sadələşdirilməlidir, çünki indi çox mürəkkəbdir, hətta bəzi dərsliklər ali məktəb səviyyəsindədir. Məncə bunu bacara biləcək yetərli müəlliflər heyətimiz var. Bu istiqamətdə Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası uyğun iş aparır. Bu dərsliklərin daha da təkmilləşməsinə, yeniləşməsinə, Azərbaycan məktəbinə uyğunlaşmasına təkan verəcək”.

“Xalidə Xalidin işi ilə bağlı müvafiq qərar verəcəyik”
İsa Həbibbəyli açıqlamasında onu da bildirib ki, Xalidə Xalidlə bağlı məsələ onun təyinatından xeyli əvvəl baş verib: “İstənilən elmi müəssisədə rəhbərliyin icazəsi olmadan xaricə səfər etmək məsuliyyət tələb edir”. Onun sözlərinə görə, həmin elmi müəssisənin, institutun müvafiq şöbələri buna görə intizam məsuliyyəti daşıyır: “İntizam məsuliyyəti güclənərsə, bir də belə hallar yaşanmaz. Bu hallardan bəzən Azərbaycanın milli maraqlarına qarşı istifadə olunur. İstəyirəm ki, beynəlxalq səviyyəli məsələlərə elə beynəlxalq müstəvidə də yanaşılsın. Beynəlxalq hüquq normalarına uyğun yanaşılsa, inanıram ki, bir də belə hallar yaşanmayacaq”. Xalidə Xalidin işinə qayıtması məsələsinə gəlincə, İ.Həbibbəyli qeyd edib ki, hələ ki instituta yeni təyin olunduğundan, bu məsələlərlə məşğul olmayıb. Onun sözlərinə görə, müvafiq tədbir həyata keçiriləcək: “İşçilərin yoxlanması, intizam məsələsi ilə məşğul olmuşuq. Xalidə Xalidin işə gəlib-gəlməməsi ilə bağlı ayrıca məşğul olub müvafiq qərar verəcəyik”.

Ədəbiyyat İnstitutunda yeni
bölmələr yaradılacaq

Akademik onu da bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda həm struktur, həm də kadr islahatları aparılacaq. O, bildirib ki, institutda ədəbiyyatşünaslıq elminin ayrı-ayrı istiqamətlərini öyrənən, cəmiyyətin ayrı-ayrı çağırışlarına cavab verən, yeni ideyalar və onları icra edən konkret bölmələrin yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə, institutda ədəbi tənqid bölməsinin yaradılması da vacibdir: “Ədəbiyyat İnstitutu ədəbiyyat haqqında elm institutudur. Ədəbi tənqid ədəbiyyatın müstəqillik dövrünün tələblərinə uyğun gəlib-gəlmədiyini müəyyən etməlidir”. Direktorun sözlərinə görə, institutun dünyaya inteqrasiya etməsi ilə bağlı xeyli işlər görülməlidir: “Təəssüf ki, 80 illik tarixi olan institutun heç bir ölkə, heç bir təşkilatla müqaviləsi yoxdur. Çalışacağam ki, xarici ölkələrlə yeni əlaqələr qurulsun. Görüləcək işlər çoxdur. Çünki Ədəbiyyat İnstitutunun böyük potensialı var. Təəssüf ki, bizim institutda gənc nəsil azdır. Gənc nəslin elmə marağının artırılmasına çalışacağıq”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info