Fransa portalında erməni işğalı barədə məqalə dərc edilib
Tarix: 04.09.2018 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Fransanın https://www.agoravox.fr portalında “Azərbaycanda 1 milyon qaçqın” adlı məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, ölkəmizin coğrafi mövqeyi haqqında məlumat verilən məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən, bunun nəticəsində yaranmış problemlərdən söhbət açılıb. Həmçinin BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazisinin işğalı ilə bağlı 4 qətnamə qəbul etdiyi və bu sənədlərdə erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxmasının tələb olunduğu vurğulanıb. Yazıda Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi nəticəsində 1 milyon azərbaycanlının öz doğma evindən didərgin düşdüyünü, məcburi köçkün və qaçqın həyatı yaşadığı qeyd edilib. Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ilə müsahibə də yer alıb. H.Hacıyev Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində yaranan humanitar faciədən bəhs edib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin kağız üzərində qaldığını və Ermənistanın onlara riayət etmədiyini diqqətə çatdırıb. Eyni zamanda, H. Hacıyev dünyəvi ölkəmizin multikultural mərkəzə çevrilməsindən söz açıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev müsahibəsində Ermənistanın işğal siyasətini davam etdirməsindən söz açıb. Bir milyon azərbaycanlı məcburi köçkün və qaçqının çadır düşərgələrində yerləşdirildiyini və 2003-cü ildə Prezident İlham Əliyevin “ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” vədindən danışıb. Bldirib ki, 2007-ci ildə bütün çadır düşərgələri yeni salınmış müasir qəsəbələrlə əvəz edilib və erməni işğalı nəticəsindən doğma yurdundan didərgin düşən azərbaycanlılar evlərlə təmin olunublar. R.Rzayev 2016-cı ildə Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş 4 günlük müharibədən də söz açıb və bəzi ərazilərimizin azad olunduğunu qeyd edib. O, bir milyon qaçqın və məcburi köçkünün doğma yurduna qayıtması üçün böyük dövlətlərin “passiv siyasətdən” “aktiv siyasətə” keçməsinin vacibliyini bildirib. İşğal altındakı Şuşa şəhərində anadan olan R. Rzayev beynəlxalq hüququn, sülh tərəfdarlarının qalib gələcəyinə əminliyini bildirib. O, ölkəmizin, rəhbərlik etdiyi komitənin dünyaya açıq olduğunu bəyan edib. Minsk qrupunun həmsədri olan Fransanın vacib ölkə olduğunu və BMT TŞ-nın 4 qətnaməsinin həyata keçirilməsinə fəal kömək göstərməsinin vacibliyini diqqətə çatdırıb. Məqalədə həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, karbohidrogenlərlə zəngin ölkəmizin iqtisadiyyatını şaxələndirilməsi, kənd təsərrüfatı, yenilənən enerji, nəqliyyat, turizm sahələrinin inkişafına böyük önəm verməsi qeyd edilib. Yazıda bir sıra fransız şirkətlərinin Azərbaycanda fəaliyyəti haqqında da məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info