Mourinyo vergidən yayındığını etiraf edib
Tarix: 04.09.2018 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi portuqaliyalı Joze Mourinyo İspaniyada vergi ödəməkdən boyun qaçırmasını etiraf edib və bir il şərti həbs cəzası ilə razılaşdığını bildirib. İspaniyada çıxan “Mundo Deportivo” qəzeti xəbər verir ki, Mourinyo Madridin “Real” komandasının baş məşqçisi olan zaman Britaniyanın Virciniya adalarındakı bir şirkətin köməyi ilə imic hüquqlarına görə əldə etdiyi gəlirləri İspaniya Maliyyə Nazirliyindən gizlətdiyini etiraf edib. Mourinyo 2011-ci ildə1,6 milyon avro, 2012-ci ildə isə 1,7 milyon avro məbləğində vergini ödəməyib. Bu qanun pozuntularının hərəsinə görə 6 ay həbs cəzası almalıdır. İspaniya qanunvericiliyinə əsasən, vergidən yayınmaya görə cəza müddəti iki ildən az olduqda cəza şərti hesab edilir. Mourinyo 2016-cı il mayın 27-dən “Mançester Yunayted”-ə başçılıq edir. Klubla birlikdə o İngiltərə Liqasının Kubokunu, ölkənin Superkubokunu və Avropa Liqasının Kubokunu qazanıb. Mourinyu baş məşqçi kimi, “Mançester Yunayted”dən və “Real”dan başqa, Portuqaliyanın “Benfika”, “Unian Leyriya” və “Portu”, İtaliyanın “İnter” və İngiltərənin “Çelsi” komandalarında işləyib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info