İmişlidə pambıqçılığın inkişafı məsələlərinə dair müşavirə keçirilib
Tarix: 04.09.2018 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


İmişlidəki Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə rayonda pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirdə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, fermerlər, mexanizatorlar və mütəxəssislər iştirak ediblər. Tədbirdə Prezidentin iştirakı ilə bu ilin martın 26-da Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində verilmiş tapşırıqların icrası vəziyyəti müzakirə olunub. Müşavirədə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezidentin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, İmişlidə kənd təsərrüfatının kompleks inkişaf etdirilməsi ilə bağlı aparılan işlər öz gözəl nəticəsini verir. Rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, ənənəvi sahə olan pambıqçılığın inkişafına da xüsusi diqqət yetirilir. Vilyam Hacıyev qeyd edib ki, ötən il rayonda 15 min 220 hektar sahədə pambıq əkilib və 14 min 657 ton məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib. Bu il isə rayonda 13 min 645 hektar pambıq əkilib. Artıq sahələrdə becərmə işləri başa çatıb. Yaxın günlərdə kütləvi pambıq yığımına başlanacaq. Bunun üçün rayonda bütün lazımi hazırlıq işləri görülüb. Pambıq qəbulu məntəqələri, yığıma cəlb olunacaq texnika tam hazır vəziyyətə gətirilib. Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov respublikada pambıqçılığın inkişafı strategiyasından söz açıb, Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələri diqqətə çatdırıb. Pambığın strateji məhsul olduğunu deyən S.Talıbov dünyada bu məhsulun inkişafının 7 faiz azaldığını, ehtiyacın isə 5 faiz artdığını vurğulayıb. Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu xatırladan nazir müavini pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezidentin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib. 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunan S.Talıbov pambıqçılıq sahəsində istifadə olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlərin görüldüyünü deyib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Damət Sultanov “Bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkili”, “Aqrolizinq” ASC-nın şöbə müdiri İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Azad İbrahimov “Pambığın yüksək aqrotexniki qaydada becərilməsi” mövzularında çıxış ediblər. Tədbirdə fermerlərin sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info