Rusiyalı ekspert: “İqtisadiyyat Azərbaycan-Rusiya münasibətlərində mühüm aspekt olacaq”
Tarix: 05.09.2018 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanması zamanı prezidentlərimiz arasında Aktaudakı görüşdən cəmi üç həftə sonra həyata keçirilən bu səfər kifayət qədər maraqlıdır. Soçi səfərinin gündəliyi də beştərəfli formatda keçirilən görüşlərdən daha genişdir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfərinin və Rusiya Prezidenti Vladimir Putinlə aparılan danışıqların yekunlarını şərh edən tanınmış rusiyalı ekspert, Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin analitik qrupunun rəhbəri Stanislav Pritçin AZƏRTAC-a müsahibəsində səsləndirib.
S.Pritçin deyib: “Əlbəttə, danışıqlar ilk növbədə iqtisadi sahəni əhatə edirdi. Əlamətdar haldır ki, iqtisadi əməkdaşlığa dair sənədlər üçün konkret vaxt – 2024-cü il müəyyən edilib. Bu da o deməkdir ki, tərəflər birgə layihələr, maneələrin aradan qaldırılması və sərmayə proqramlarının həyata keçirilməsi yolu ilə iqtisadi əməkdaşlığın necə canlandırılacağı barədə dəqiq təsəvvürə malikdirlər. “QAZ” markalı avtomobillərin yığılması üzrə istehsalın yaradılması, həmçinin Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlardan birinin birgə işlənməsi irəliyə doğru daha bir addımdır. Yəni, iqtisadiyyat bizim əməkdaşlığın çox müsbət aspektidir və bu kontekstdə gündəlikdə duran məsələlərin dərinliyi və genişliyi postsovet məkanında Azərbaycanı Rusiyanın tərəfdaşları arasında aparıcı mövqelərdən birinə yüksəldir. Həm də nəzərə alaq ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü deyil”.
Rusiyalı ekspertin sözlərinə görə, qarşılıqlı ticarət, “Şimal-Cənub” nəqliyyat dəhlizi və digər birgə layihələr üzrə nəzərdə tutulan parametrlər ən yaxın zamanda Rusiyanın Azərbaycandakı yeni səfirinin də iştirakı ilə həyata keçiriləcək. “İqtisadiyyat ikitərəfli münasibətlərin çox mühüm aspekti, dövlətlərimiz arasında mehriban qonşuluq və strateji əməkdaşlığın rəhni olacaq”, -deyə S.Pritçin fikirlərini yekunlaşdırıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info