Ramil Quliyev Avropada avqust ayının atleti seçilə bilər
Tarix: 05.09.2018 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı atlet Ramil Quliyevin adı Avropa Atletika Assosiasiyasının internet vasitəsilə səsverməyə çıxardığı “Avropada avqust ayının atleti” sorğusunda namizədlər siyahısına daxil edilib. Anadolu Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Atletika Federasiyası məlumat yayıb. Ramil Quliyev avqustun 7-12-də Berlində keçirilən Avropa birinciliyinin kişilər arasında 200 metr məsafəyə qaçış yarışında 19,76 saniyəlik nəticə ilə çempionatın rekordunu yeniləyərək qızıl medala sahib olub. Bu uğuru sayəsində Ramil Quliyevin adı “ayın atleti” nominasiyası üzrə səsverməyə çıxarılan namizədlərin siyahısına salınıb. Səsvermə “Twitter” və “Facebook” sosial şəbəkələri vasitəsilə aparılır. Avqust ayının ən yaxşı atleti kişilər və qadınlar kateqoriyalarının hər biri üzrə 5 idmançı arasından seçiləcək. Namizədlər siyahısında kişi idmançılardan Armand Duplantis (İsveç), Ramil Quliyev (Türkiyə), Jarnel Hyus (Böyük Britaniya), Yakob İnqebriqtsen (Norveç), Koen Naerts (Belçika), qadınlardan isə Dina Aşer-Smit (Böyük Britaniya), Kristin Hussonq (Almanya), Laura Muir (Böyük Britaniya), Katerini Stefanidi (Yunanıstan) və Anita Vlodarçik (Polşa) yer alıblar.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik
23.09.2018
Bakı arenasında özümü çox rahat hiss edirəm
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info