“Tr.sputniknews.com”: “Rusiya və Azərbaycan iqtisadi əməkdaşlığı daha da inkişaf etdirəcək”
Tarix: 05.09.2018 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“Gunes.com”: “İzmirdə yerləşən SOCAR-ın Star emal zavoduna ildə 1 milyon ton rus nefti göndəriləcək”

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfərinin yer aldığı bir çox xarici KİV-lərdə həmin səfərin əhəmiyyəti müxtəlif aspektlərdən təqdim edilir. O cümlədən Türkiyə mediasında dərc olunan yazılarda Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Soçidə görüşü, iki ölkə liderlərinin görüşlərdən sonra mətbuata bəyanatla çıxışı, imzalanan sazişlərin əhəmiyyəti geniş işıqlandırılıb. İki ölkənin dövlət başçısının imzaladığı sənədlər sırasında iqtisadi əməkdaşlığa da böyük önəm verildiyi göstərilir və bu istiqamətdə neft-qaz sahəsində razılaşmalara geniş yer ayrılıb. Rusiya ilə Azərbaycan arasındakı bu sazişin Türkiyə üçün də mühüm əhəmiyyət kəsb etdiyi göstərilir.

“Tr.sputniknews.com” saytında “Rusiya və Azərbaycan neft və təbii qaz ehtiyatlarının birgə kəşfinə dair saziş imzaladı” başlıqlı yazı dərc edilib. Yazıda göstərilir ki, iki ölkənin dövlət başçıları - Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşlərin ardınca bir sıra sənədlər imzalanıb. Qeyd edilir ki, iki ölkə liderlərinin görüşündə Rusiya və Azərbaycan iş birliyi, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, daşınmaz əmlak hüququnun qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. İki ölkə liderləri, eyni zamanda sənaye sahəsində əməkdaşlığı gücləndirmək üçün sazişlərlə yanaşı, Rusiya və Azərbaycan dövlət nazirləri enerji və boru xətti nəqliyyatı ilə daşınan malların gömrük nəzarəti, turizm, idman sahəsində əməkdaşlıqla bağlı saziş imzalanıb. Bundan başqa, Rusiya və Azərbaycan tərəfi Qoşadaş blokunun və Xəzər Dənizinin dibinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının az sulu şimal hissəsinin neft və qaz potensialının birgə araşdırılması haqqında saziş imzalayıb.
“Gunes.com” saytında “Putin ilə görüşən İlham Əliyev Türkiyəyə 1 milyon tonluq neft tədarükü ilə bağlı anlaşdı” başlıqlı yazı dərc edilib. Burada göstərilir ki, Türkiyənin ən böyük xarici sərmayəçilərindən olan, Azərbaycanın SOCAR şirkəti əhəmiyyətli bir sazişə imza atıb. Belə ki, Rusiyanın ən böyük neft şirkətlərindən olan Rosneft ilə SOCAR arasında müqavilə imzalanıb. Saziş Prezident İlham Əliyev və nümayəndə heyətini Rusiyaya rəsmi səfəri zamanı imzalanıb. Rusiya dövlət başçısı Vladimir Putinlə Soçidə görüşən Prezident İlham Əliyev Türkiyəyə 1 milyon tonluq neft tədarükü ilə bağlı razılığa gəliblər. Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Rosneft rəhbəri İqor Seçin imzalayıblar. Müqaviləyə görə, bu ilin dekabr ayından etibarən İzmirdə yerləşən SOCAR-ın Star emal zavoduna ildə 1 milyon ton rus nefti göndəriləcək. Nəzərdə tutulan plana görə, SOCAR-ın Türkiyədəki emal zavodu olan STAR oktyabr ayında fəaliyyətə başlayacaq. İllik emal tutumunun da 10 milyon ton olması planlaşdırılır.
“Yenivatangazetesi.com”, “Haberler.com” da “Rusiya və Azərbaycan anlaşdı! Türkiyəyə 1 milyon ton neft daxil olacaq”, “Yenimesaj.com.tr”də “Rusiya-Azərbaycan əlaqələrində həmlə”, “Yenidunyagundemi.com”da “Rusiya və Azərbaycan, neft və təbii qaz sərvətlərinin birgə kəşfi ilə bağlı saziş imzaladı”, “Haber24.com”da “Rosneft SOCAR-ın Türkiyədəki emal zavoduna neft göndərəcək”, “Dunya.com”da “Rusiya, Türkiyəyə 1 milyon ton neft verəcək” başlıqlı yazılar dərc edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info