Bakıda Rusiya film həftəsi keçiriləcək
Tarix: 05.09.2018 | Saat: 04:59:00 | E-mail | Çapa göndər



Sentyabrın 7-dən 10-dək Bakıda Rusiya film həftəsi keçiriləcək. Nizami Kino Mərkəzində reallaşacaq kino həftəsi Mədəniyyət Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin dəstəyi ilə təşkil olunacaq. Açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Nizami Kino Mərkəzindən bildirilib ki, açılış mərasiminin rəsmi hissindən sonra rejissor Serqey Mokritskinin 2018-ci ildə istehsal olunmuş fentezi janrında çəkdiyi “Çernovik” bədii filmi nümayiş olunacaq.
Qeyd edək ki, kino günləri çərçivəsində sentyabrın 8-də rejissor Yekaterina Teleqinanın, Azərbaycan aktyorlarının da yer aldığı komediya janrında ekranlaşdırdığı “Kilimandjara”, sentyabrın 9-da rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi “Trener”, sentyabrın 10-da Klim Şipenkonun dram janrında çəkdiyi “Salyut - 7” bədii filmləri şəhər sakinlərinə və paytaxtımızın qonaqlarına təqdim olunacaq.
Nizami kino Mərkəzində Rusiya kinosu həftəsi çərçivəsində nümayiş olunacaq filmlərin seansları hər gün saat 18:30-da mərkəzin böyük zalında başlayacaq.
Nümayişlərə giriş sərbəstdir.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Adanada Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə mərasim başlanıb
23.09.2018
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub
23.09.2018
Ağdam Dövlət Dram Teatrı yeni mövsümü “Aydın” tamaşası ilə açıb
23.09.2018
Azərbaycanın milli musiqi alətləri Fransa muzeyinə hədiyyə edilib
23.09.2018
Ceyms Bond haqqında növbəti filmi yapon əsilli kinorejissor çəkəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info