Avstriyada ilk “ağıllı küçə”nin açılışı olub
Tarix: 05.09.2018 | Saat: 05:01:00 | E-mail | Çapa göndər



Avstriyanın Melk şəhərində ölkədə ilk “ağıllı küçə”nin (smart stree) açılışı olub.

AZƏRTAC xəbər verir ki, müasir texnologiyalar əsasında yaradılan pilot layihə çərçivəsində işıq dirəkləri və nəqliyyat üçün işıq siqnalları texnikasının idarə edilməsi, elektrik avtomobilləri və mobil telefonlar üçün enerji yükləmə qovşağı, hüquq-mühafizə orqanlarının nəzarətində olan videonəzarət kameraları, bərpa olunan enerjidən istifadə və digər yeniliklər təqdim olunub.
“Düşünən” küçədə quraşdırılmış səkkiz ədəd işıq dirəyi ilkin mərhələdə altı əsas funksiya üzrə fəaliyyət göstərəcək. Avtomobil və piyadaların küçədə hərəkət etmədiyi gecə saatlarında dirəklərdə işıq zəifləməli, hərəkət edən obyektlər əraziyə yaxınlaşdıqda isə işıq gurlaşmalıdır. Bütün bunlar gələcəkdə bələdiyyələrin enerji sərfiyyatını aşağı salmağa kömək edəcəkdir. Eyni zamanda dirəklərdə quraşdırılmış videokameralar küçələrin təhlükəsizliyini təmin etməyə şərait yaradacaqdır. Mikrofonlar vasitəsilə yaxınlaşmaqda olan təcili yardım, polis və ya yanğınsöndürən maşınların səsini qəbul edən akustik sistem vasitəsilə isə nəqliyyatın hərəkətini dəyişmək üçün işıqforlar müvafiq rejimə keçəcəklər.
Dronlar, elektrik avtomobilləri və velosipedləri, həmçinin mobil cihazlar üçün enerji mənbəyi ilə təmin edilən dirəklərdə ənənəvi nəqliyyat lövhələrinin yerləşdirilməsi də nəzərdə tutulur. Bununla da ənənəvi lövhələrdən rəqəmsal lövhələrə keçidin axıcı şəkildə baş tutması təmin edilir.
Aşağı Avstriya federal əyalətinin qubernatoru Yohanna Mikl-Laytner açılış mərasimində bildirib ki, ən müasir texnologiyalardan istifadə edilməsi rəqəmsal çevrilişin baş verdiyi dünyamızda zamanın tələbidir və bu imkan gələcəkdə vətəndaşlara daha çox xidmətlər təklif etməyə şərait yaradacaqdır.
Melk şəhərində on şirkətin birgə həyata keçirdiyi layihənin 2021-ci ilədək 40-50 işıq dirəyini əhatə etməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Xəstəlik 10 yaşlı qızı qoca qarıya çevirdi
17.08.2019
ABŞ-la Rusiya arasında nüvə müharibəsi olsa...
17.08.2019
ABŞ-da ticarət mərkəzindən 300-dən çox kirpi müsadirə edilib
17.08.2019
Günahsız məhbusa 1,3 milyon dollar təzminat ödənəcək
16.08.2019
Fransalı rahibə Avropanın ən yaşlı qadını oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info