“Total“ “Abşeron” yatağından ilk qazın alınacağı tarix barədə
Tarix: 05.09.2018 | Saat: 05:06:00 | E-mail | Çapa göndər



“Abşeron” yatağından ilk qazı 2020-ci ilin üçüncü rübündə əldə etmək planlaşdırılır.

Bu barədə Trend-ə yatağın işlənməsi üzrə operator “Total” (Fransa) şirkətindən bildiriblər.
Qeyd olunur ki, yatağın işlənməsinin birinci mərhələsi üzrə işlər davam edir:
“Birinci qiymətləndirmə quyusunun qazılması bu ilin fevralında başlayıb və 2019-cu ilin ortalarında başa çatacaq. Ətraflı injinirinq avqustda başlayıb. İlk qazın isə 2020-ci ilin üçüncü rübündə əldə olunması planlaşdırılır”.
Şirkətdən bildiriblər ki, birinci mərhələ “erkən istehsal sxemi”nə əsaslanıb:
“Qiymətləndirmə quyusu 35 kilometrlik sualtı xətlə "Neft Daşları" ilə əlaqələndirilib. "Neft Daşları"nda “Abşeron”dan qaz axınını əldə edəcək platforma tikiləcək. Burada qaz ehtiyatları ilkin emal olunacaq, daha sonra bu, mövcud müəssisələrə göndirələcək. İkinci mərhələyə gəldikdə isə, onun işlənməsi sxemi artıq müəyyən edilib. Bununla belə, birinci kəşfiyyat quyusunun qazılması zamanı əldə olunan məlumatlara əsaslanmaq lazımdır”.
“Total” şirkətindən həmçinin bildiriblər ki, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Ümid-Babək” yatağı üzrə danışıqlar davam etdirilir.
Qeyd edək ki, “Total” 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının (326 mlrd. kubmetr qaz və 108 mln. ton kondensat) olduğunu təsdiqləyib. “Abşeron” yatağının işlənməsi layihəsinin I mərhələsinə dənizin 450 metr dərinliyində bir quyunun qazılması daxildir. Qazma işlərində üzən yarımdalma qazma qurğusundan istifadə olunacaq. Bu mərhələ çərçivəsində platoda illik 1,5 mlrd. kubmetr, layihənin ikinci mərhələsində isə platoda illik 4 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur. Birinci mərhələ çərçivəsində hasil edilən qazın Azərbaycanın daxili bazarına yönəldiləcəyi nəzərdə tutulur.
Xatırladaq ki, “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info