Dünya Bankı: “Azərbaycanın layihələri təqdirəlayiqdir”
Tarix: 26.06.2013 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Dünya Bankının (DB) İKT sektorunun meneceri Randip Sudanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
RİTN-dən verilən məlumata görə, nazirliyin şöbə müdirləri, birlik və müəssisə rəhbərlərinin iştirak etdiyi görüşdə Azərbaycanda həyata keçirilən İKT layihələrdən söz açılıb. R.Sudan Azərbaycanda İKT sektorunun sürətlə inkişaf etdiyini qeyd edib. DB-nın İKT sektoru ilə əlaqədar həyata keçirdiyi layihələrdən danışan qonaq bununla bağlı böyük təcrübələrinin olduğunu önə çəkib. R.Sudan DB-nın Azərbaycanla əsasən 3 istiqamət üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb: «Bu üç istiqamət genişzolaqlı internetin inkişafı, kibertəhlükəsizlik məsələləri və «elektron hökumət» quruculuğundan ibarətdir. Azərbaycanın sözügedən sahələr üzrə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Ona görə də bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıyıq». Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov Azərbaycanın sektor üzrə əldə etdiyi təcrübə və görülən işlərlə bağlı qonaqları məlumatlandırıb. Azərbaycanda «elektron hökumət» quruculuğu istiqamətində geniş işlər görüldüyünü, artıq bir çox dövlət xidmətlərinin elektronlaşdırıldığını və əhalinin istifadəsinə verildiyini qonaqların diqqətinə çatdırıb. Sonra birlik və müəssisələrin rəhbərləri həyata keçirilən işlərlə bağlı geniş məlumat verərək DB ilə mümkün əməkdaşlığı nəzərdən keçiriblər.




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info