Səyyar formada məşğulluq xidmətləri göstərilib
Tarix: 05.09.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzi müvafiq texniki avadanlıqlarla təmin edilmiş xüsusi nəqliyyat vasitəsindən istifadə olunmaqla “Səyyar məşğulluq xidmətləri” adı altında tədbir təşkil edib.
Rayonun qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı ərazisində (7-ci mikrarayon, A.Kunanbayev küçəsi, 7 A) yerli əhaliyə məşğulluq xidmətləri və aktiv əmək bazarı proqramları, o cümlədən özünüməşğulluq proqramı, peşə hazırlığı kurslarının təşkili, habelə mövcud vakansiyalar barədə məlumat verilib.
Müraciət edən işaxtaran vətəndaşlardan 21 nəfərə işləmək istədikləri və əmək qabiliyyətlərinə uyğun vakant iş yerlərinə yerindəcə göndərişlər verilib.
Sosial cəhətdən həssas qruplardan olan ayrı-ayrı şəxslərlə fərdi qaydada söhbətlər aparılıb. Onlardan hazırda işləməyən və kiçik ailə biznesini yaratmaq üçün potensialları olan 10 nəfər müəyyən edilib və özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata götürülüblər. İxtisası və peşəsi olmayan, buna görə işə düzəlməkdə cətinlik cəkən 12 nəfər üçün peşələrə yiyələnmək istəkləri nəzərə alınmaqla, peşə hazırlığı kurslarının təşkil edilməsi qərara alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.04.2020
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
10.04.2020
Kənd təsərrüfatı məhsullarının Bakıya arayış əsasında da gətirilməsinə icazə verilir
10.04.2020
Azərbaycanda indiyədək 991 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib, 159 nəfər sağalıb
10.04.2020
İTV “Səs Uşaqlar“ın final mərhələsinin vaxtını dəyişdirdi
10.04.2020
Bakıda karantin rejimində gündəlik sərnişindaşımanın statistikası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11500

1 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
2 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
3 GMO-nun zərərləri
4 Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
5 Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info