“Bölgədəki gərginliyin günahkarı Ermənistandır”
Tarix: 26.06.2013 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


“Bu gün bölgədəki gərginliyin və regionun təhlükəsizliyinin təhdid altında olmasının günahkarı Ermənistandır. Bu ölkə öz işğalçılıq siyasəti üzərində ciddi düşünməlidir”.
Bu sözləri Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın AŞPA sessiyasındakı çıxışına münasibət bildirərkən deyib. O, təəssüflə vurğulayıb ki, E. Nalbandyan hər zaman olduğu kimi, insanları aldatmağa çalışır: “Nalbandyanın çıxışları mənə bir mətni əzbərləyən və hər fürsətdə onu təkrarlayan şagirdi xatırladır”. E.Abdullayevin sözlərinə görə, E. Nalbandyanın avropalı parlamentarlar qarşısında səsləndirdiyi təkliflər, xüsusən qarşılıqlı etimadı artıran tədbirlərin gücləndirilməsi elə Ermənistan hakimiyyətinin özü tərəfindən rədd edilib və edilir: “Güc tətbiq etməmək məsələsinə gəlincə, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edərək yerli əhalini qanlı etnik təmizləməyə məruz qoymaqla artıq güc tətbiq edib. Bəli, bu gün Azərbaycan bölgənin yüksək səviyyədə təchiz olunmuş və təlim görmüş ən güclü ordusuna sahibdir. 20 faiz ərazisi işğal olunmuş, 1 milyon qaçqın və məcburi köçkünü olan ölkənin dövlətçiliyin güclü institutu və xalqın təhlükəsizliyinin təminatı kimi təbii ki, güclü ordusu olmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
18.01.2019
İstanbulda Qanlı Yanvar faciəsinin ildönümü qeyd edilib
18.01.2019
BMT-nin Baş katibi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin əhalinin sülhə hazırlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info