Aİİ-də növbəti sınaq dərsi keçirilib
Tarix: 05.09.2018 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


4 sentyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) növbəti sınaq dərsi keçirilib. İngilis dili fənnindən keçirilmiş demo dərsdə institutun rəhbərliyi və müəllim heyəti iştirak edib.
Qeyd edək ki, Aİİ öz məqsədlərinə nail olmaq üçün kadrların seçiminə xüsusi diqqətlə yanaşır. Yeni kadrların işə qəbulunu komissiya həyata keçirir. Üç mərhələdə reallaşan seçimin ilk mərhələsində komissiyaya təqdim edilən CV-lər nəzərdən keçirilir, sonra bu mərhələdən keçənlər müsahibəyə dəvət olunurlar. Müsahibədən uğurla keçənlər sınaq (demo) dərsinə cəlb edilir. Sonda komissiya üzvlərinin və müəllimlərin iştirakı ilə işə qəbulla bağlı yekun qərarlar verilir.
Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu(Aİİ) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib
14.11.2018
Ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququ verilib
14.11.2018
Bəzi məktəblərə pullu xidmətlər göstərmək hüququ verildi
14.11.2018
“Folklor və Magiya“ kitabı işıq üzü görüb
14.11.2018
BANM-ın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info