Yeni dərs ilinə hazırlıq müzakirə edilir
Tarix: 05.09.2018 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BSHTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilinin başlanması ilə əlaqədar pedaqoji şuraların iclasları və valideynlərlə görüşlər keçirilir. BSHTİ-dən bildiriblər ki, pedaqoji şuraların iclaslarında ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilir. Eyni zamanda, növbəti tədris ilində qarşıda duran vəzifələr, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının fəaliyyəti, tam orta təhsilin təmayülləşməsi, şagirdlərin yaradıcılıq qabiliyyəti, idrak fəallığı və dünyagörüşünün genişləndirilməsi, milli mənəvi dəyərlər zəminində tərbiyəsi istiqamətində tədbirlərin təşkili və digər mövzular ətrafında müzakirələr aparılır. Şura iclaslarında müəllimlərə müvafiq tövsiyə və tapşırıqlar verilir.
Bütün bunlarla yanaşı, ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə bağlı təhsil orqanları, məktəb pedaqoji kollektivləri qarşısında daha ciddi vəzifələrin durduğu və onların reallaşdırılması üçün təsirli tədbirlərin görülməsinin vacibliyi vurğulanır.
Pedaqoji şuraların iclaslarında təqaüdə çıxan müəllimlər şagirdlərin təlim-tərbiyəsində göstərdikləri xidmətə görə diplomla təltif olunaraq təntənə ilə yola salınır, gənc pedaqoqlar məktəb kollektivinə təqdim edilir.
Valideynlərlə keçirilən görüşlərdə qazanılan uğurlardan, məktəblilərin hərtərəfli inkişafı üçün ümumtəhsil müəssisələrində yaradılan şəraitdən, müəllim-şagird-valideyn münasibətlərinin daha sağlam ruhda qurulması məsələlərindən bəhs olunur.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
UNEC-in rektoru Prezident təqaüdçüləri ilə görüşüb
21.09.2018
Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
21.09.2018
Həkim olacaqdı, lakin BANM-i seçdi
21.09.2018
“ Dövlət qulluğuna qəbul üçün təqdim olunan rəhbər vəzifələrə maraq göstərilmir”
21.09.2018
UNEC dəyərlərini təsdiqlədi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info