“Mənim yaradıcılığım” adlı uşaqların rəsm sərgisi açılıb
Tarix: 05.09.2018 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 15 sentyabr – Bilik gününə həsr olunmuş “Mənim yaradıcılığım” adlı uşaqların rəsm sərgisi açılıb. Sərgidə 38 istedadlı uşağın 100-ə yaxın əl işi nümayiş olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edib. O, ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” müdrik kəlamını xatırladaraq bildirib ki, bu gün cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasəti uğurla reallaşdırılır. Uşaqların istedadlarının üzə çıxarılması, mənəvi inkişafı, onların asudə vaxtlarının düzgün təşkili, cəmiyyətin mədəni həyatındakı iştiraklarını təmin etmək bu siyasətin tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin tədbirlər planına əsasən təşkil olunan “Mənim yaradıcılığım” adlı uşaqların rəsm sərgisi bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir.
Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərova çıxış edərək vurğulayıb ki, muxtar respublikada uşaqlar milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə uğurlar əldə edirlər. Onlar rəssamlıq sənətinə də böyük maraq göstərirlər. Uşaqların gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında belə tədbirlər əhəmiyyətli rol oynayır.
Çıxış edənlər balaca rəsm həvəskarlarına uğurlar arzulayıblar.
Əl işləri ilə fərqlənən balaca rəssamlara diplomlar təqdim edildikdən sonra sərgiyə baxış keçirilib. Burada İlknur Əlizadə, Tükəz Ələkbərli, Fərhad Şirinov, Kənan Zamanov, Şəhrizad Quluzadə və başqalarının rəsmləri sərgilənib.
Uşaqların ebru, yağlı və sulu boya, rəngli qələm vasitəsilə təbiət mənzərələrindən tutmuş cizgi filmlərinin qəhrəmanları da daxil olmaqla çəkdikləri əl işləri nümayiş etdirilib. Onların rənglər dünyası sərgiyə baxmağa gələnlərin diqqətini cəlb edib, tədbir iştirakçıları uşaqların rəsmlərinə maraqla baxıblar.
Sonda uşaqların iştirakı ilə musiqi nömrələri səsləndirilib, şeirlər söylənilib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Xalq rəssamı Natiq Əliyevin Ədalət obrazı
19.11.2018
Deyişmələr poeziyada xüsusi əhəmiyyətə malikdir
19.11.2018
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək
19.11.2018
Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
19.11.2018
Azərbaycanlı gənclər Tbilisidə keçirilən festivalda

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info