Azərbaycan Çindən 112 adda yeni yol texnikasi və maşın-mexanızmlər alıb
Tarix: 05.09.2018 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Prezidentin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Bu gün ölkəmiz müasir yol qovşaqları, yeni yol infrastrukturu ilə nəinki regionun, ümumilikdə, dünyanın aparıcı ölkələri sırasındadır. Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və bu istiqamətdə layihələrin icrası davam etməkdədir. Təbii ki, avtomobil yollarının müasir səviyyədə inşası və yenidən qurulması üçün müasir texnika, maşın-mexanizmlərdən istifadə olunması şərtdir. Məhz bu üzdən Dövlət Agentliyi maşın-mexanizm parkından səmərəli istifadə edilir və daima parkın yenilənməsini diqqətdə saxlayır. Ölkə başçımızın uğurlu daxili və xarici siyasəti dünya dövlətlərinin mütləq əksəriyyətinin Azərbaycanı dost, qardaş, strateji müttəfiq kimi görməsi və qəbul etməsinə gətirib çıxarıb. Bunun nəticəsidir ki, Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istismarına 112 adda yol texnikası və maşın-mexanizmlər verilib.
Bununla əlaqədar olaraq bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sözügedən texnikaların təhvil verilməsinə dair mərasim keçirilib. Mərasimdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbər şəxsləri, Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua və səfirliyin əməkdaşları, həmçinin Azərbaycan respublikası Nazirlər Kabinetinin məsul şəxsləri iştirak ediblər.
Mərasimdə çıxışı zamanı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iki ölkə arasında olan yaxın münasibətlərdən danışıb və son illər ərzində texniki yardımlar çərçivəsində Çindən yol təsərrüfatında istifadə edilən 239 adda maşın-mexanizm və texnika alındığını bildirib. Saleh Məmmədov yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikaların Azərbaycana verilməsini heç şübhəsiz hər iki dövlət arasında olan dostluq, strateji əməkdaşlığın əyani sübutu olduğunu deyib və bu kimi texniki yardımların iki ölkə arasında olan münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxardığını əlavə edib.
Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua da iki ölkə arasında olan dostluq münasibətlərdən söz açıb və bu il ərzində Çindən Azərbaycana 100-dən artıq yol istismarı, təmiri və tikinti texnikalarının çatdırıldığını qeyd edərək, bu cür texniki yardımların növbəti illərdə də qardaş və dost ölkə olan Azərbaycana davam etdiriləcəyini deyib. Daha sonra təhvil-təslim aktı imzalanıb. Aktı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua imzalayıblar.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info