Misirin “Nil Mədəniyyət” telekanalında Azərbaycan haqqında danışılıb
Tarix: 05.09.2018 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatı Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalının "Mənim gecəm" proqramının canlı yayımda qonağı olub. S. Nəsirov ulu öndərin azərbaycançılıq ideyasından və bütün dünya azərbaycanlılarının həmrəy olunması üçün apardığı nümunəvi siyasətindən söhbət açıb. O, hər il 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd etdiklərini də nəzərə çatdırıb. Sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Misirdə Azərbaycan diasporunun fəaliyyətlərindən söhbət açaraq bildirib ki, Misirdə Azərbaycan diasporu uzun illərdir ki, Misirlə Azərbaycan arasında əlaqələrin inkişafında çoxlu uğurlara imza atıb. O, eyni zamanda Misir xalqına uzun illərdən bəri könüllü şəkildə sosial xidmətlər etdiyini də qeyd edib.
Diaspora sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışarkən, “Koroğlu” dastanında keçən Misri qılıncdan və Azərbaycanda çoxlu sayda ərəb mənşəli kəndlərin olmasından da bəhs edib və bu məlumat qarşı tərəfin marağına səbəb olub. Bu gün Misirlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən S.Nəsirov hazırda dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu və gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb.
Birliyin sədri, Azərbaycanın tarixən böyük bir ərazini əhatə etdiyini vurğulayaraq deyib ki, əfsuslar olsun ki, hal-hazırda bu torpaqlardan sadəcə 86,6 min kv kilometr müstəqil Azərbaycan dövlətinin ərazisi sayılır və bütün dünya dövlətləri tərəfindən də qəbul olunub: “Qonşu ölkələrin işğalı səbəbindən dünyada yaşayan 50 milyon azərbaycanlının sadəcə 10 milyonu müstəqil Azərbaycan dövlətinin rəsmi vətəndaşıdır”.
Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını da qeyd edib.
S. Nəsirov Azərbaycanın turizm potensiyalından geniş söhbət açarkən, son illərdə çoxlu sayda ərəblərin ölkəmizə səyahət etdiyini də bildirib.
Qeyd edək ki, hal-hazırda Qahirədəki diaspora mərkəzimizdə dünyanın 17 ölkəsindən olan 150 dən çox tələbəyə Azərbaycan dili başda olmaqla müxtəlif fənnlər ödənişsiz tədris olunur.
Birliyin sədri tədqiqatçı - alim Seymur Nəsirov bu fəaliyyətlərə 15 il öncə başladığını və bundan sonra da davam etdirəcəyinə çalışacağını qeyd edib. S.Nəsirov bu kimi fəaliyyətlər xalqlarımız arasında dostluq əlaqələrin daha da inkişaf etdirəcəyini bildirib. Qeyd edək ki, S.Nəsirov hal-hazırda Misirdə təhsil alan 58 ölkədən olan 1000 dən çox tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır və Qahirə Universitetində Azərbaycan dilini tədris edir.
Xatırladaq ki, verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub. Veriliş 45 dəqiqədən çox davam edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Şahin Növrəsli Fransada caz festivalında iştirak edəcək
22.09.2018
Bəstəkar Murad Kajlayevin müəllif gecəsi
20.09.2018
Daşkənddəki teatr yeni mövsümü “Arşın mal alan” musiqili komediyası ilə açıb
20.09.2018
Bakıda dünya şöhrətli “New Life Brass” kvintetinin konserti olub
19.09.2018
Bədii əsərdə yer alan qəhrəmanlar tarix səhnəsində tez-tez xatırlanır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info