10 xaçmazlı tələbəyə fərdi təqaüd kartları verilib
Tarix: 05.09.2018 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Milli Məclisin deputatı İlham Əliyev Xaçmaz rayonundan yüksək balla ali məktəblərə qəbul olunan tələbələrlə görüşüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı yüksək bal toplayan 10 tələbəyə Milli Məclisin deputatı adından fərdi təqaüd kartı təqdim olunub. Həmin tələbələr təhsil müddətində hər ay 100 manat məbləğində təqaüd alacaqlar. Deputatın təşəbbüsü ilə həyata keçirilən bu ənənəvi aksiya 8 ildir davam etdirilir. Bu illər ərzində, ümumilikdə, 81 nəfərə fərdi təqaüd kartı verilib. Rayon rəhbərliyinin, təhsil işçilərinin və yüksək bal toplayan tələbələrin valideynlərinin də iştirak etdiyi görüşdə bildirilib ki, bu il Xaçmaz rayonu üzrə ali məktəblərə 414 nəfər qəbul olub. Onlardan 12-si 600-dən yuxarı bal toplayıb. Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin məzunu Jalə Rəcəbova isə 700 bal toplayaraq maksimum nəticə göstərib. Milli Məclisin deputatı İlham Əliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tələbələri təbrik edərək, onlara uğurlar arzulayıblar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info