BANM-in yeni rekordu
Tarix: 05.09.2018 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Əsas məqsədi ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlar hazırlamaq olan Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan təhsili tarixində rekordu yenilədi.
Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının hər iki mərhələsi üzrə ümumi 13 nəfər 700 bal toplayıb və onların hamısı BANM-i seçib. 700 bal toplamış abituriyentin hər biri artıq ali məktəbdə qeydiyyatdan keçiblər. Onların BANM-dəki ixtisas seçimi aşağıdakı kimi olub:
1. Xəyal Fərzəliyev - İnformasiya təhlükəsizliyi
2. Elgün Zamanlı - İnformasiya təhlükəsizliyi
3. Əsra Bayramova - İnformasiya təhlükəsizliyi
4. Şəkər Qədirli - İnformasiya təhlükəsizliyi
5. Aslan Aşirov - İnformasiya təhlükəsizliyi
6. Tapdıq Məhərrəmli - İnformasiya təhlükəsizliyi
7. Vasif Əsədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
8. Kənan Məhəmmədli - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
9. Azər Zeynallı - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
10. Sona Mehdizadə - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
11. İlqar Məmmədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
12. Anar Abıyev - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
13. Rüstəm Qarayev - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Qeyd edək ki, ötən il də I qrup üzrə 7 nəfər 700 ballı abituriyentin hamısı BANM-i seçmişdi. Bu zamana qədər BANM-dən başqa Azərbaycanın heç bir universiteti bu göstəricini reallaşdıra bilməyib.
Bu il bütün ixtisas qrupları üzrə 700 bal toplamış abituriyentlərin seçdikləri ali məktəblərin statistikasını təqdim edirik:

№ Ali Məktəbin adı abituriyentin
sayı (nəfər)

1 Bakı Ali Neft Məktəbi 13
2 Azərbaycan Tibb Universiteti 5
3 ADA Universiteti 5
4 Bakı Dövlət Universiteti 3
5 Dövlət İdarəçilik Akademiyası 2
6 Azərbaycan Dövlət İqtisad Universiteti 1

Nigar








 
Bölməyə aid digər xəbərlər
21.11.2018
AzTU-da beynəlxalq elmi-texniki konfrans keçirilir
21.11.2018
700-dək vakant məktəb direktoru yeri müsabiqəyə çıxarılır
21.11.2018
“Xaricdə təhsil alan məzunların 60 faizi özəl, 40 faizi dövlət sektorunda çalışır”
21.11.2018
UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi əməkdaşlığa başlayır
21.11.2018
Dövlət Proqramı çərçivəsində ölkəmizdə beş beynəlxalq ikili diplom proqramı təsis olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info