“Elektronlaşma vasitəsilə beynəlxalq ticarət və nəqliyyatın asanlaşdırılması”
Tarix: 05.09.2018 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Cavad Qasımov: “Azərbaycanda tranzit potensialının inkişaf etdirilməsi ölkə iqtisadiyyatının prioritet sahələrindən biridir”

Sentyabrın 5-də Bakı şəhərindəki “Park Inn” otelində “Elektronlaşma vasitəsilə beynəlxalq ticarət və nəqliyyatın asanlaşdırılması” mövzusunda ikigünlük seminar başlayıb.
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) təşkil etdiyi tədbirdə bu qurumun üzvü olan milli zəmanət birlikləri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), eləcə də Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Çin, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan gömrük orqanlarının nümayəndələri iştirak edir.
Seminarın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, Azərbaycanda tranzit potensialının inkişaf etdirilməsi ölkə iqtisadiyyatının prioritet sahələrindən biridir. Diqqətə çatdırılıb ki, gömrük orqanları tərəfindən beynəlxalq daşımalar zamanı gömrük prosedurlarının və sərhəd-keçid əməliyyatlarının sadələşdirilməsi yolu ilə tranzitin inkişafına yönəlik tədbirlər həyata keçirilir.
Sözügedən sahədə vahid və standart yanaşmanın təmin edilməsi məqsədilə qəbul edilmiş beynəlxalq konvensiyaların əhəmiyyətinə toxunan Cavad Qasımov, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində 1975-ci ildə qəbul edilmiş “BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının ticarətin və daşımaların asanlaşdırılması işində mühüm rolunu vurğulayıb.
Komitə sədrinin müavini BYD kitabçalarından istifadə etməklə həyata keçirilən beynəlxalq daşımalar zamanı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən elektron qaydada TIR EPD sistemi vasitəsilə gömrük orqanlarına təqdim olunması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən zəruri işlərin davam etdirildiyini, artıq sentyabrın 5-dən sistemdən test rejimində istifadəyə başlanıldığını deyib.
Qeyd edilib ki, TIR EPD sistemindən istifadə gömrük orqanlarına təqdim edilən məlumatlara uyğun olaraq, risklərin təhlilinin səmərəli şəkildə həyata keçirilməsi əsasında BYD daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sərhəddən daha sürətli və prioritet qaydada keçidinə şərait yaradacaq.
Sədr müavini Azərbaycanın tranzit potensialının artırılması işinə xidmət edəcək BYD prosedurlarının elektronlaşdırılması üzrə pilot layihələrlə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq işlərin də görüldüyünü və yaxın zamanda bu layihələrin icrasına başlanacağına ümidvar olduğunu bildirib.
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto Azərbaycan Gömrük Xidmətinin gömrük prosedurlarının və ticarətin asanlaşdırılması istiqamətində aktiv fəaliyyətini təqdir etdiklərini söyləyib. Azərbaycan tərəfi ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Baş katib beynəlxalq ticarətin və avtomobil daşımalarının elektronlaşma yolu ilə asanlaşdırılması məsələlərinə dair seminarın nəticələrinin də səmərəli olacağına əminliyini ifadə edib.
Sonra seminar başlayıb.
Sentyabrın 6-dək davam edəcək seminarda Türkiyə və İran arasında, Azərbaycan, Qazaxıstan, Ukrayna və Gürcüstan arasında UNECE-IRU eTIR pilot layihələri üzrə müzakirələrin aparılması, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində intermodal daşımalarda BYD prosedurlarının elektronlaşdırılmasının əhəmiyyəti, elektron prosedurların Qədim İpək Yolu üzərində ticarətin genişləndirilməsində rolu, ticarətin asanlaşdırılması konvensiyaları üzrə nailiyyətlər və çağırışlar mövzularında təqdimatların keçirilməsi nəzərdə tutulub.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Tümen vilayəti Azərbaycanla ikitərəfli sazişlər imzalamağı planlaşdırır
21.09.2018
2 mindən artıq insanı mövsümi işlə təmin edən müəssisə, ilk müasir kənd təsərrüfatı kompleksi
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə iclas keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info