Cəfər Cəfərov: “Müəllim hazırlığı strateji əhəmiyyət kəsb edir”
Tarix: 05.09.2018 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) himayəsi ilə təşkil edilən Pedaqoji Forumun (PF) növbəti-V dinləməsi keçirilib. Görüşdə tanınmış azərbaycanlı alim, Böyük Britaniyanın York Universitetinin MRC Molekulyar Biologiya Tədqiqat İnstitutunda, Kembric Universitetində qrup rəhbəri, professor Qərib Mürşüdov “Müasir Struktur Biologiyası və gələcək perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Dinləmədə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllimləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin alim-mütəxəssisləri, təhsil ekspertləri, pedaqoji ictimaiyyətin nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və təhsil sahəsindən yazan jurnalistlər iştirak ediblər.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov tədbiri giriş sözü ilə açaraq məruzəçi haqqında məlumat verib. Qeyd edib ki, professor Qərib Mürşüdov 1962-ci il dekabr ayının 19-da Şəmkir rayonunun Dəllər-Cəyir kəndində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qəbul olunub. 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun Biotexnologiya qrupunda işləyib. İlyarımlıq hazırlıqdan sonra Moskva şəhərinə, SSRİ EA-nın Kristalloqrafiya İnstitutuna göndərilib. 1987-1993-cü illərdə Rusiya Kristalloqrafiya İnstitutunda çalışıb. 1993-cü ildə “Micrococcus lysodeikticus bakteriyasından ayrılmış katalaza fermentinin 1,5 A ayırdetmə dəqiqliyi ilə üçölçülü quruluşu” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. Q.Mürşüdov 1993-2011-ci illlərdə Böyük Britaniyanın York Universitetində işləyib. 2011-ci ildən MRC Molekulyar Biologiya Tədqiqat İnstitutunda, Kembric Universitetində qrup rəhbəri kimi çalışır.
Professor Q.Mürşüdov bioinformatika sahəsində tanınmış mütəxəssis kimi Böyük Britaniyanın Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alimdir. Alimin “Makromolekulyar rentgen kristalloqrafiyası və zülalverilənlər bankı: etibarlı informasiyanın toplanması və istifadəsi” əsəri bioinformatika üzrə ən çox istinad olunan vəsaitlərdəndir. O, bu kitabı ilə bioinformatikanın müasir biologiya elminin zirvəsi olduğunu Avropaya sübut edə bilib. Məşğul olduğu sahə riyaziyyat və kompüter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların rentgen kristal strukturunun öyrənilməsində tətbiqidir. Onun proqramlarından makromolekulların strukturu ilə məşğul olan tədqiqatçılar geniş istifadə edirlər. Q.Mürşüdov 60-dan çox elmi məqalənin, bir neçə kitabın və toplunun müəllifi və həmmüəllifidir. Ümumən məqalələrinə, o cümlədən proqramlarına olan akademik istinadların sayı 20 mindən çoxdur. Bu, çox böyük göstəricidir. Xaricdə çalışan azərbaycanlı alimlər arasında ən çox onun işlərinə istinad edilir. Dəyərli alimlə əməkdaşlığımızın davamlı olması çox vacibdir.
Professor Q.Mürşüdov öncə təqdimatın təşkilinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. Çalışdığı Molekulyar Biologiya İnstitutunun fəaliyyəti barədə ətraflı məlumat verən alim bildirib ki, institut 1962-ci ildə yaradılıb. 2013-cü ildə yeni binaya köçürülüb. İnstitut Struktur Biologiyanın müxtəlif istiqamətləri ilə məşğul olur. İnstitutda böyük elmi-tədqiqat işləri həyata keçirilir. Alınan elmi nəticələr istehsalata, sənayeyə tətbiq edilir. İnstitutun malik olduğu böyük maliyyə vəsaitinə ciddi nəzarət var və bu vəsaitdən səmərəli istifadə edilir. İnstitutda əlverişli elmi mühit formalaşdırılıb, uzunmüddətli strateji planlar işlənib-hazırlanır, gənc alimlərlə işləməyə xüsusi önəm verilir. İnstitutda 3 nəfər Nobel mükafatçısı çalışır. İnstitutda fəaliyyət göstərən qrup rəhbərləri yüksək səviyyəli alimlərdir, onlar dünyada öz sahələri üzrə lider hesab edilirlər. Qrup rəhbərləri hər 5 ildən bir hesabat verirlər. Hesabatda həyata keçirilmiş işlər və gələcək planlar öz əksini tapır.
Təqdimatında Struktur Biologiya haqqında geniş danışan alim qeyd edib ki, bu elm sahəsi bioloji prosesləri, zülalların və molekulların quruluşunu öyrənir. Struktur Biologiya ötən əsrin 30-cu illərində yaranıb, son illər bu sahədə böyük uğurlar əldə edilib. Biologiya sahəsinə aid olan dərsliklər 5 ildən bir yenidən yazılmalıdır. Yeni dərsliklər yazılarkən müasir elmi nəticələrə əsaslanılmalıdır. Bu, Struktur Biologiyanın inkişafından irəli gələn tələbdir. Struktur Biologiya geniş perspektivlərə malikdir və gələcəkdə daha sürətlə inkişaf edəcək.
Tədbirdə çıxış edən təhsil eksperti, professor Şahlar Əsgərov, dosent Şahin Pənahov, dosent Əli Zalov, baş müəllim, sosioloq Əhməd Qəşəmoğlu və başqaları təqdimatla bağlı fikir və mülahizələrini bölüşüblər.
Tədbirə yekun vuran rektor Cəfər Cəfərov qeyd edib ki, yeni tədris ili ərəfəsində xalqımızın görkəmli alimi, professor Q.Mürşüdovla görüş keçirməyimiz olduqca təqdirəlayiqdir. Xalqın, millətin, dövlətin gələcəyi təhsillə bağlıdır. Müəllim hazırlığı strateji əhəmiyyət kəsb edir. Son illər müəllim peşəsinə maraq xeyli artıb. Bu, çox sevindirici haldır. Biz konkret hədəflərimizi müəyyən etməli, bu istiqamətdə əzmlə çalışmalıyıq. Rektor maraqlı və məzmunlu təqdimata görə alimə təşəkkür edib və ona uğurlar arzulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olub
24.09.2018
Paytaxt üzrə 805 ibtidai sinif müəllimi üçün təlim
22.09.2018
“Xiaomi” şirkəti süni intellektli zəngli saatını təqdim edib
22.09.2018
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
22.09.2018
Azərbaycanlı professorun monoqrafiyası Almaniyada çapdan çıxıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info