Azərbaycan və Qazaxıstan arasında əmək münasibətləri müzakirə olunub
Tarix: 05.09.2018 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Qazaxıstanın paytaxtı Astana şəhərində səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qazaxıstanlı həmkarı Madina Abılkasımova ilə görüşüb. Görüşdə Azərbaycan və Qazaxıstan arasında əmək münasibətləri və məşğulluq sahəsində olan imkanlar müzakirə edilib. Azərbaycanda aparılan islahatlar, yaradılan elektron sistemlər və görülən işlər barədə məlumat verilib. Qazaxıstan tərəfi əmək müqaviləsi qeydiyyatı sistemindəki Azərbaycan təcrübəsini böyük maraqla qarşılayıb və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi razılaşdırılıb.
Qazaxıstanda məşğulluq, əmək birjalarının elektronlaşdırılması, rəqəmsallaşdırılma sahələrində irəliləyişlər əldə olunub. Azərbaycanın islahat proqramına daxil olan məşğulluq sahəsində yaradılacaq geniş portalda da bu təcrübədən istifadə ediləcəyi bildirilib.
Hər iki ölkədə əldə olunan yeniliklərin müzakirəsinə və tətbiqinə imkan yaradılacaq. Bundan əlavə sosial müdafiə və sosial təminat, yaşın artırılması, bədbəxt hadisələrdən sığorta mexanizmi ilə bağlı müzakirələr aparılıb və təcrübə mübadiləsinin həyata keçiriləcəyi qeyd edilib. Əməkdaşlıq istiqamətlərini özündə əks etdirən memorandum layihəsinin hazırlanaraq Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin Azərbaycan səfəri zamanı imzalanması nəzərdə tutulub. Sənədə əsasən təcrübə mübadiləsi və imkanların araşdırılması üçün qarşılıqlı platformanın yaradılması planlaşdırılır. Ümumilikdə Azərbaycan və Qazaxıstan arasında iqtisadi, sosial sahədə əməkdaşlıq inkişaf edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info