Ağcabədidə Fermerlər və Koordinasiya Şurası yaradılıb
Tarix: 05.09.2018 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən yığıncaqda Fermerlər və Koordinasiya Şurasının fəaliyyət istiqamətləri müzakirə edilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığıncaqda fermerlərə yeni yaradılan Şuranın funksiya və vəzifələri barədə ətraflı məlumat verilib, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov çıxış edərək, yeni yaradılan Şuranın əsas məqsədinin fermerlərin mövcud problemlərinin öyrənilməsi, ictimai nəzarətin həyata keçirilməsi, aqrar sahədə problemlərin aradan qaldırılması və bu sahənin inkişafı ilə bağlı təkliflər verilməsi olduğunu bildirib. Fermerlər üzləşdikləri problemlərdən danışaraq, bəzi çatışmazlıqların aradan qaldırılması, aqrar sahənin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Ağcabədili fermerlər taxılçıların elit buğda toxumu ilə təmin edilməsi, pambıq qəbulu məntəqələrinə yeni laboratoriya avadanlığının gətirilməsi, rayonda "Aqrolizinq" ASC-nin zona üzrə məntəqələrinin yaradılması, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi kimi fikir və təkliflər irəli sürüblər.
Yığıncaqda fermerlər şurasının sədri seçilib. Yığıncağın sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18.03.2019
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsilib
18.03.2019
Enterprise Azerbaijanın növbəti startap təlimi Azərbaycan Universitetində keçirilib
18.03.2019
Binədə 2 küçə təmir edilib
18.03.2019
İnam Kərimov: “Qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info