«ArmenianReport»: “Paşinyan hökuməti Ermənistanın maraqlarına əsaslanmayan bir siyasət aparır”
Tarix: 05.09.2018 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Aşotyan: "İndi Ermənistan rəhbərləri Moskvaya gedirlər və Rusiya ilə münasibətlərdə problem yaradırlar, Brüsselə gedirlər , orada isə problemləri həll edə bilmirlər».

Maraqlıdır, görən, ermənilərin «məxməri inqilab»ı onlara nə verib? Mənə görə, bu inqilabdan ən çox faydalanan, elə Paşinyanın özüdür. Belə ki, indi o, vaxtilə ona «pislik» etmiş adamları cəzalandırmaqla məşğuldur. Lakin təcrübə göstərir ki, bu yolu seçmək heç bir ölkədə elə də böyük bir effekt verməyib. Bunu, bir müddət bundan əvvəl elə Ermənistanda istintaq altında olan erməni sabiqlərindən biri də, «Paşinyanın seçdiyi kütləvi şantaj yolunu təhlükəli vəziyyət» kimi dəyərləndirmişdi. Onun fikrincə, Paşinyan və onun ətrafının son dövrlər ortaya atdıqları «əks-iqilab» ehtimalı da məhz yeni həbslərə hesablanıb. Ermənilərin «ArmenianReport» saytında yer alan müəllif yazısı da məhz bu qəbildəndir. Yazıda deyilir: «Kontra» ağıllı görünüşü ilə erməni hökumətinin uzun illərki xarici siyasət kapitalını boşa çıxarır. Siz, bu kapıtalın olmasına əminsinizmi?
Nikol Paşinyan hakimiyyətə gələndən bəri, daim böyük kapital, oliqarxiya, Respublika partiyası üzvləri və "Qarabağ klanı" nın hər an həyata keçirə biləcəyi əks-inqilab təhlükəsi ilə üz-üzədir. Hazırda bu qüvvələrə keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdiyi də heç kimə gizli deyil. Nikol Paşinyan və onun ətrafının da daimi olaraq erməni cəmiyyətini ayıq olmağa çağırışları təsadüfi kimi dəyərləndirilməməlidir. Çünki qarşı tərəfin məqam gözlədiyi, indi də istisna deyil. Onlar bu istiqamətdə fəaliyyətlərini hələ də davam etdirirlər. Bu gün Ermənistanda ehtimal edilən əks-inqilab təkcə Paşinyan və onun hökuməti üçün deyil , həm də hökumət qərarları, yeni xarici kurs üçün də böyük təhdidlər törədə bilər. Bunun bariz nümunəsini Respublika partiyasından olan, xarici əlaqələr üzrə daimi Parlament Komissiyasının rəhbəri Armen Aşotyanın jurnalistlərə müsahibəsində də görmək olar. Aşotyana görə, bu gün Paşinyan "erməni hökumətinin uzun illər boyu yığdığı xarici siyasət kapitalını israf edir". Onun fikrincə, bu gün hökumət Ermənistanın maraqlarına əsaslanmayan bir siyasət aparır. Maraqlıdır ki, Aşotyanı ən çox narahat edən Ermənistanın Rusiyaya qarşı nümayiş etdirdiyi siyasətdir. Bu baxımdan o, həm geosiyasi problemləri, həm də KTMT və Avrasiya İqtisadi Birliyi ilə bağlı məsələləri xüsusi qeyd edir. Aşotyana görə, "İndi Ermənistan rəhbərləri Moskvaya gedirlər və Rusiya ilə münasibətlərdə problem yaradırlar, Brüsselə gedirlər , orada isə problemləri həll edə bilmirlər». Bütün bunlar da başadüşüləndir. Çünki Aşotyan vaxtilə Ermənistanın sabiq rəhbəri Sarkisyanın komandasının sadiq üzvlərindən biri olmaqla yanaşı, həm də Kremlin himayə elədiyi şəxslərdən biridir. Məhz buna görə də, təbii ki, Aşotyanın səsləndirdiyi fikirlər onun yox, məhz Kremlin fikirləri olduğu təəccüb doğura bilməz. Lakin görünür, Aşotyan və onun himayədarları unudurlar ki, Ermənistanı Koçaryan-Sarkisyanın müti hakimiyyətləri dövründə, məhz Moskva bu zəlil günə salmışdı. Məhz Moskva İrəvanın qarşısında sipər çəkib onun Avropaya yollarını bağlamışdı. Axı onlar niyə unudurlar ki, Moskvanın böyük qardaşlıq qayğısı nəticəsində biz xarici seçim azadlığımızı yalnız xarici siyasətdə deyil, həm də daxili siyasətdə itirmişdik. İndi Aşotyanın Ermənistan hökumətinin «xarici siyasət kapitalını boşa çıxaracağını» iddiası çox gülünc görünür. Axı Aşotyan hansı kapitaldan danışır? Rusiyaya yönəlmiş kor bir yönüm kapitaldırmı?

“Koçaryan və Sarkisyanın müti hakimiyyətləri dövründə Moskva bizi zəlil günə salmışdı”

Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyində problemi olduğunu iddia edən Aşotyan, niyə bunun əvvəlki dövlət rəhbərləri dövründə təşəkkül tapdığını unudur. Təbii ki, əvvəlki dövlət rəhbərləri məcburiyyət qarşısında bu təşkilatlara daxil olsalar da, hələ ki, Ermənistan bu üzvlükdən heç nə əldə etməyib. Ona görə də, burada Paşinyanın simasında günahkar axtarmaq doğru deyil. Əgər indi yeni hökumət orqanları bu qurumlar qarşısında müəyyən məsələlər qaldırsalar, bu vaxt yalnız Sarkisyanın və onun nazirlərinin illər ərzində yığılmış problemləri həll etməyə çalışdıqlarını görəcəksiniz.
Bəli, bu gün Paşinyan həm Moskvaya, həm də Brüsselə gedir. Bununla o, ermənilərin maraqları istiqamətində düzgün hərəkət edir. Siz hamınız onun Avropada necə isti qarşılandığının şahidi oldunuz(?-A.B.). Məgər Sarkisyanı avropalılar belə qarşılayardılarmı? Əlbəttə, yox! Sarkisyan Avropada həmişə Kremlin kuklası kimi qəbul edilib. Məgər Aşotyan və onun Ermənistandakı həmkarları yenəmi bu dönəmi arzulayırlar? Bu gün Aşotyan və ounun kimilər Ermənistan üçün heç kimdirlər. Onun və onun partiyadaşlarının ölkə parlamentinin növbəti çağırışında yer tuta biləcəkləri də sual altındadır. Ona görə də, indi Aşotyan da daxil olmaqla, ona yaxın qüvvələr saxtakarlıq yolu ilə yeni hakimiyyəti ləkələməyə çalışırlar. Ancaq ən dəhşətlisi isə onların əks-inqilabi fəaliyyətlərində Rusiyanın köməyinə arxalanaraq, Ermənistanda əvvəlki vəziyyətin bərqərar olmasını xəyal etmələridir.
Bununla onlar Ermənistana hərbi müdaxilə də daxil olmaqla, hər şeyi etməyə hazır olduqlarını gizli də olsa nümayiş etdirirlər. Ona görə də, Paşinyan hökuməti bir an da olsa, ölkdəki «islahatları» dayandırmamalı və Qərblə yaxınlaşmaq siyasətini davam etdirməlidir. Əks- təqdirdə, Koçaryan, Sarkisyan, Aşotyan və digər siyasi tullantılar rus müdaxilə süngüsünə arxalanaraq intiqam almağa çalışa bilərlər. Gizli deyil ki, Moskva da yalnız bu anı gözləyir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info